Şənbə , Yanvar 29 2022
Ana səhifə / Siyasət / Çavuşoğlu elan etdi: “3+3” formatında növbəti görüş Ankarada keçiriləcək

Çavuşoğlu elan etdi: “3+3” formatında növbəti görüş Ankarada keçiriləcək

Qarabağ mövzusunda 3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, növbəti görüşdə Gürcüstan tərəfi də iştirak edə bilər.

Qeyd edək ki, dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında keçilən regional platformanın ilk toplantısı keçirilib.

Həmçinin oxuyun

Azərbaycanda partiya rəhbəri YAP-ın rayon təşkilatının sədri oldu (FOTO)

Şamaxı rayon İcra Hakimiyyəti başçısının sabiq 1-ci müavini Qasım Qasımova vəzifə verilib.  Qaynarinfo-nun əldə etdiyi məlumata …