Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Cavid Qurbanovun adı YAP-ın siyahısında

Cavid Qurbanovun adı YAP-ın siyahısında

Yeni Azərbaycan Partiyası (YAP) gözləntilərin əksinə olaraq, Cavid Qurbanovu yenidən 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd göstərib.

AzPolitika.info xatırladır ki, Cavid Qurbanov bir neçə ay əvvəl – 9 fevral 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunduğundan, onun yenidən deputatlığa namizəd olacağı gözlənilmirdi. Çünki qanunla deputatlar bəzi istisnalarla, digər dövlət vəzifələrini tuta bilməzlər.

Lakin bu gözləntilər özünü doğrultmayıb və YAP-ın bu gün açıqlanan siyahısında Cavid Qurbanovun da adı olub.

YAP-ın Cavid Qurbanovu yenidən deputat siyahısına salması bir ehtimalın da üzərindən xətt çəkib. Məlum olduğu kimi, C.Qurbanov nəqliyyat naziri postuna əsas namizəd hesab olunurdu. Lakin belə görünür ki, C.Qurbanovun tezliklə bu vəzifədə Ziya Məmmədovu əvəzləyəcəyi haqda iddialar o qədər də əsaslı olmayıb. Belə bir plan olsaydı, YAP C.Qurbanovu yenidən deputat seçdirməzdi.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın