Ana səhifə / Siyasət / Cavid Qurbanov şəbəkəsini genişləndirir – təfsilat

Cavid Qurbanov şəbəkəsini genişləndirir – təfsilat

Dəmiryolu İdarəsinin rəisi daha bir neçə rayona özünün adamlarını təyin etdirmək fikrindədir

Dövlət Dəmir Yolu İdarəsinin rəisi Cavid Qurbanovun son dövrlər xeyli fəallaşaraq, artıq rayonlara icra başçısı təyin etdirmək imkanlarına sahiblənməsi, onun ciddi oliqarxa çevrilməsinə səbəb olub. Politika.Az xəbər verir ki, indiyə qədər Kəlbəcərin icra başçısından başqa heç bir posta təyin edə bilməyən Qurbanov, artıq qısa müddətdə Yardımlıya da öz adamını göndərməyə nail oldu.

Son məlumatlara görə. Qurbanovun hazırda hədəfindən daha bir neçə rayon var. Onlardan biri Laçındır ki, oraya kadr tapmaq üçün hazırlıqlar içində olan idarə rəisi, yaxın günlərdə bunu müəyyənləşdirəcək. Bundan başqa, o, Qubadlı və Zəngilana da göz dikib ki, bu rayonların icra başçılarını gördüm deyən yoxdur. Üstəlik, həmin adamların artıq işdən çıxarılma vaxtlarıdır. Belə olan təqdirdə, Qarabağ bölgəsindəki əksər rayonları ələ keçirməyə çalışan idarə rəisi, beləliklə şəbəkəsini genişləndirmək fikrindədir.

Politika.Az xəbər verir ki, Cavid Qurbanovun strateji hədəflərindən biri isə Bakı rayonlarından birini ələ keçirməkdir. Bu məqsədlə onun bir çox addımlar atdığı deyilir. Lakin indiyə qədər heç bir nəticə əldə olunmayıb. Qurbanovun hədəflədiyi əsas rayon isə Suraxanıdır. Çünki onun icra başçısının yeri artıq laxlayıb. Belə olan təqdirdə, İlqar Abbasovun dəyişməsindən sonra idarə rəisi onun yerinə öz adamını qoydurmağa nail olacaq.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın