Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Cavid Qurbanov niyə radikallaşıb? – Mübhəm detallar

Cavid Qurbanov niyə radikallaşıb? – Mübhəm detallar

Millət vəkili, “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov radikallaşıb

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, deputat son həftələr sərt açıqlamalarla diqqət çəkir.

Baş dəmiryolçu gah rəhbəri olduğu qurumda sələfi Arif Əsgərovu ittiham edir, korrupsiyada suçlayır, sonra bunun zarafat olduğu açıqlanır, gah da parlamentdə maaşların artırılmasının vacibliyindən danışır.

Sitat: “”Devalvasiyadan qorxmaq lazım deyil. İnsanların əmək haqqını, maddi rifahını yüksəltmək lazımdır. İdxaldan asılılığın azaldılması, ixracın artırılması siyasəti də məhz buna istiqamətlənib”.

C.Qurbanov kifayət qədər haqlı çıxış edib. Ancaq onun söylədiklərini media fasiləsiz yazır, iqtisadçılar dayanmadan təkliflər səsləndirir, müxalifət partiyaları da islahatların yolunu göstərir, bank mütəxəssisləri və ekspertlər variantları irəli sürür. Yəni deputatın sözlərində bir yenilik yoxdur.

Sadəcə, bunu C.Qurbanovun deməsi yeni haldır. Çünki indiyə qədər nə dəmiryolunda yeyintilər, nə devalvasiya, nə də maaş artımından söz açıb.

Kəsəsi, C.Qurbanov radikallığı ilə diqqəti cəlb edir və təmsil olunduğu hakimiyyəti ifşa etmiş görsənir. Əslində, millət vəkilinin işi məhz danışmaqdır, tənqid etməkdir, yol göstərməkdir, seçicilərinin hüquqlarını qorumaqdır. Amma bu statusda C.Qurbanovu ilk dəfə görmək mümkündür.

Politika.Az xəbər verir ki, deputatın sərtləşməsinin sirri var və səbəblər hansısa qrup maraqlarından çıxış etməkdir. Digər tərəfdən, məqsəd reputasiyasını dəyişmək, cəmiyyətdə müsbət imic formalaşdırmaq, özünü daha yüksək posta hazırlamaqdır.

İddialara görə, C.Qurbanovun həm Bakı şəhər İcra Hakimiyyəti başçısı, həm də vitse-prezidentlik kürsülərinə ambisiyası var. Ona görə də həm rəhbəri olduğu qurumda olan problemlərdən danışır, həm də deputat kimi cəmiyyəti narahat edən sosial məsələləri qaldırır.

Onun fəallaşması və cəsarətli çıxışları da məhz buradan qaynaqlanır. C.Qurbanov öz imicini və reytinqini qaldırır, həmçinin hansı qrupa daxildirsə, onun mövqeyini ifadə edir.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın