Cümə , Aprel 23 2021
Ana səhifə / Siyasət / Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” – VİDEO

Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” – VİDEO

Yeni il gecəsi sosial şəbəkələrdə Rusiya sülhməramlısının təxribat yönlü çıxışının qeydə alındığı video yayıldı.

“Caliber” həmin videonu təqdim edib.

Kadrlarda öz çıxışına “əziz ermənilər” deyərək başlayan hərbçinin onları heç nədən qorxmamağa çağırdığı görünür. Onun sözlərinə görə, rusiyalı hərbçilər buranı “nizama salacaq”, “onlar ermənilərin yanındadırlar” və “xeyir mütləq şərə qalib gələcək”.

Sərxoş hərbçinin nitqindən belə məlum olur ki, “xeyir” – erməni terrorçulardır, “şər” isə Azərbaycan ordusunun qalib əsgərləridir.

Çıxışının sonunda hərbçi erməniləri Laçına qayıtmağa çağırır və bu zaman şəhəri “Berdzor” adlandırır.

Videonun sonunda ehtimal ki, intizam cəzasından qorxan hərbçi əlindəkinin içki deyil, kompot olduğunu deyir.

Şübhə etmirik ki, bu çıxışından sonra qeyri-adekvat hərbçinin Azərbaycan ərazisində qalması məsələsi təkcə onun bilavasitə rəhbərliyi tərəfindən deyil, Bakı və Moskvanın müvafiq strukturlarının xətti ilə də həll olunacaq.

Həmçinin oxuyun

Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə tapşırıldı

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib. Bununla bağlı Prezident …