Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Siyasət / Cahangir Hacıyev “Bandotdel”də

Cahangir Hacıyev “Bandotdel”də

Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Azinforum.az xəbər verir ki, bu məlumatı yayan “Azadlıq” qəzeti bildirir ki, Hacıyevin barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, bir neçə həftədir ki, Azərbaycanda “Beynəlxalq Bank”a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri “Bandotdel”də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib.

Həbs olunanlar arasında neft oliqarxı Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.

Həmçinin oxuyun

“Bolton planı, Qarabağa NATO, daha sonra isə ABŞ qoşunlarının yerləşdirilməsini nəzərdə tuturdu”

“Bolton planı, Qarabağ və İran “sərhədi”ndə (işğal altında olan Azərbaycan əraziləri-red.) əvvəlcə BMT himayəsi altında …

Bir cavab yazın