Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Cahangir Cahangirov adına xorun kollektivindən ciddi ittihamlar…

Cahangir Cahangirov adına xorun kollektivindən ciddi ittihamlar…

“Azərbaycan Dövlət Televiziya və Radiosu Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdindəki Cahangir Cahangirov adına xorun kollektivi redaksiyamıza məktub göndərib.
Məktubda iddia olunur ki, xorun rəhbəri və baş dirijoru Şəhla Ələkbərova illərdir ki, vəzifəsindən sui-istifadə edir: “Şəhla Ələkbərova vəzifəsindən sui-istifadə edərək, kollektivdə dələduzluğa, dərəbəyliyə və rüşvətxorluğa  geniş yol verir. Xor artistlərini 1000-2000 manat məbləğində işə qəbul etmək, hər gəlmədikləri günə 5 manat, səsyazma və ya çəkilişdə iştirak etmədikləri gün üçün isə 10 manat almaq, ümumiyyətlə, gəlməyənlərin maaşlarını mənimsəmək, yaşlı işçiləri işdən qovulacaqları ilə hədələyib, onlardan hər maaşda 50 AZN mənimsəmək Ş. Ələkbərovanın əsas işidir. Televiziyamızın rəhbərliyinə məktub göndərsək də, cavab ala bilmədik”.
Musavat.com məsələ ilə bağlı AzTV-nin mətbuat xidmətinin rəisi Xatirə Qasımova ilə əlaqə saxlayıb. X.Qasımova bildirib ki, məktubda yer alan ifadələr həqiqəti əks etdirmir: “Anonim yazılan məktubu dərc etməyi “Yeni Müsavat” kimi ciddi qəzetə yaraşdırmırıq. Orada yer alan ifadələrdən bəlli olur ki, Şəhla Ələkbərovaya böhtan atılır. Çünki Ş.Ələkbərova işə götürmə və işdən azadetmə səlahiyyətinə malik deyil. Bu işlərə “Azərbaycan Dövlət Televiziya və Radiosu Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri baxır. Xorda fəaliyyət göstərənlər böyük məbləğdə maaş almırlar ki, bir neçə min verib, işə düzəlsinlər. Bütün bu yazılanlar şər-böhtandır”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın