Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Siyasət / Cahandar Bayoğlu: “Məhəmməd Qalibafın səfərdən imtinası molla rejiminin danışmağa sözü olmadığını ortaya qoyur”

Cahandar Bayoğlu: “Məhəmməd Qalibafın səfərdən imtinası molla rejiminin danışmağa sözü olmadığını ortaya qoyur”

Bir neçə gün əvvəl, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib ki, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcək.

Məhəmməd Baqir Qalibafın Bakıya gəliş tarixini açıqlamayan İran XİN rəhbəri səfərin iki ölkənin əlaqələrinin inkişafında müsbət rol oynayacağını qeyd edib.

Ceyhun Bayramov da İran parlamentinin spikerinin Azərbaycana səfərini müsbət qiymətləndirib.

Sonra məlum olub ki, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri təxirə salınıb. Bu barədə İranın Bakıdakı səfirliyindən bildiriblər.

Səfərin təxirə salınmasının səbəbi açıqlanmayıb. Görünür, bu, molla rejiminin son vaxtlar Azərbaycana qarşı başlatdığı təzyiq kampaniyasından qaynaqlanan bir hadisədir. Maraqlıdır ki, İran rəsmiləri Ermənistanı “su yoluna” döndəriblər, hər gün bir nümayəndə heyəti orada ermənilərlə qucaqlaşıb, öpüşürlər. İran niyə öz din qardaşlarını qoyub bir kənara, məhz bizimlə düşmənçilik aparan ermənilərlə dostluq edir?

Turan Partiyasının başqanı Cahandar Bayoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq İran adlanan fars – faşist İran höküməti tam mahiyyəti ilə ortadadır: “Ona görə də olduğu kimi  görünür. 30 il gizlənərək arxadan, erməni adından zərbə vururdu. “Erməni etdi” kimi bir anlayış ortaya qoyurdu və ermənini silahlandırırdı, onun adı ilə isə üzərimizə fars, rus faşizmləri gəlirdi. Bu gün erməni öndə durmur, qaçır. Məcburiyyət qarşısında İran qabağa gəlib. Rus faşizminin başı Ukraynada qarışdığı üçün, bütün səlahiyyətləri qardaşı fars faşizminə verib. Bütün resurslardan istifadə etməklə, Azərbaycana qarşı düşmənçiliiyi davam etməyi tələb edir. Bu baximdan da artıq farslar olduqları kimi görünməyə başladılar. Əslində narahat olmağa dəyməz. Gizlin düşmənin varlığından daha çox, açıq düşmən bizə lazımdır. Biz həm də görürük ki, bu düşmən olduqca narahatdır, gərgindir. Böyük ağaları sayılan Moskva çökür, zəifləyir, bölgədə təhsil imkanları azalır. Ermənistan üzərindən dünya dövlətlərinə çıxmaq istəyir. Bəllidir ki, ermənilərin və farsların Avropada böyük dayaqları Fransadır, qardaşları Makrondur. Makron da, Bayden də dünya maliyyə güclərinin adamlarıdır. Hal-hazırda ortaqlaşmış hərəkət edirlər. Prezident Əliyevin dik duruşu, düşmənlərimizi daha da həyacanlandırıb. Bir neçə gün əvvəl molla rejimi açıqlama vetdi ki, parlament sədrləri Bakıya gələcək. Molla rejiminin saytları yazırdı ki, parlament sədri güya bura bizə “yerimizi göstərmək” üçün gəlir. Azərbaycan mediası və hərbçilərinin molla rejiminin ekspansiyasına qarşı dik duruşu fars faşizmini çox gərgin vəziyyətə salıb. Bu gün görürük ki, ideoloji, siyasi mübarizədə Azərbaycan üstünlük əldə edib. Güneydəki milli hərəkat dah da güclənir, təmərgüzləşir. Rejimə qarşı mücadilədən daha çix, azadlıq mübarizəsi ortaya çıxıb. Bu da fars şovnistlərini dah da əndişəyə salıb. İranın müxtəli şəhərlərində Prezident Əliyevin şəkillərini divarlara vururlar. Bu da İlham Əliyevin Bütöv Azərbaycanın lideri olması obrazını xarakterizə edir. Meydandakı Bütöv Azərbaycan mıfkürəsi daha real görünür. Bu da o deməkdir ki, 60 milyonnluq türk təşkilatlanır. 18 milyonluq fars isə meydanda tək qalıb, tərkislah ediləcək. Məhəmməd Qalibafın səfərdən imtinası molla rejiminin danışmağa sözü olmadığını ortaya qoyur. Tehran mütləq mənada Azərbaycandan üzr istəməlidir. Bunu etmirsə, gərginlik davam edıcək. Yəqin istəyirmişlər ki, onu Prezident qəbul etsin, bu da alınmayıb. Prezident ancaq Rəisi ilə görüşə bilər, o da Xudafərin körpüsündə. Yaxın zamanlarda onlar belə görüşlər üçün yalvaracaqlar. Cünki siyasi üstünlük bizim tərəfdədir, bunu saxlamağı bacarmalıyıq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə …