Çərşənbə axşamı , Mart 28 2023
Ana səhifə / Siyasət / Cəzasızlıq yeni cinayətlər törədir – Ukrayna səfiri

Cəzasızlıq yeni cinayətlər törədir – Ukrayna səfiri

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib.

Azinforum.az xəbər verir ki, o, feysbuk səhifəsində bu barədə yazıb.

“Bu gündə qəlbimizi təsvirolunmaz ağrı və kədər doldurur. Xocalı faciəsi bəşəriyyət tarixinə ən faciəli səhifələrdən biri kimi həkk olunub. Kimsə 21-ci əsrdə Avropanın mərkəzində hadisələrin təkrarlana biləcəyini təsəvvür edə bilərdimi? rf-nin (Rusiya nəzərdə tutulur – red.) bu gün Ukraynaya qarşı etdikləri bir daha sübut edir ki, cəzasızlıq yeni cinayətlər törədir!”, – deyə səfir qeyd edib.

Həmçinin oxuyun

Dövlət Departamentindən Azərbaycan və Ermənistanla bağlı yeni açıqlama

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir.Bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel …