Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Cəmil Həsənlidən Taleh Bağırzadəyə gözlənilməz tənqid – Qasım Süleymaniyə görə

Cəmil Həsənlidən Taleh Bağırzadəyə gözlənilməz tənqid – Qasım Süleymaniyə görə

“İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ölkə xaricində keçirilən gizli hərbi əməliyyatları icra edən xüsusi hərbi birləşməsinə başçılıq etmiş general Qasım Süleymaninin İraqda amerikalılar tərəfindən öldürülməsi ilə bağlı bizim sosial şəbəkədə gedən müzakirələr son dərəcə acınacaqlıdır”.

Sozcu.az-ın xəbərinə görə, bunu Milli Şuranın sədri Cəmil Həsənli deyib.

C.Həsənli bildirib ki, milləti bir birinə qarşı qoyan, ideoloji parçalanma yaradan ilk növbədə bilgisizlik, savadsızlıq və cəhalətdir: “General Süleymanınin ölümü ilə bağlı ölkəmizdə bir sıra dini təməyyüllü qurumların, hətta demokratik düşərgənin bəzi təmsilçilərinin açıqlamaları yüngül desək təəssüf doğurur. Müsəlman Birliyi Hərəkatının dəfələrlə ölkəmizi təhdid etmiş, Yaxın və Orta Şərqdə dövlət çevrilişlərində iştirak etmiş, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun 20 ildən artıqdır ölkə xaricində keçirilən gizli hərbi əməliyyatları icra edən xüsusi hərbi birləşməsinə başçılıq etmiş general Qasim Süleymanini,“dünya azadlıqsevərlərinin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi” adlandırması məyusedici dəyərləndirmədir”.


Həmçinin oxuyun

“Prezidentin “F-16″-larla bağlı dedikləri Rusiya və İrana mesaj idi” – Ekspert

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16″-sı nə gəzir sizdə? …