Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Cəmil Həsənli: “Əli Kərimli ya azadlığa buraxılmalı, ya cərimə, ya da həbs olunmalıdır”

Cəmil Həsənli: “Əli Kərimli ya azadlığa buraxılmalı, ya cərimə, ya da həbs olunmalıdır”

Ötən gün polis şöbəsindən sərbəst buraxılmış Milli Şuranın sədri Cəmil Həsənli bu gün Bakıda müxalifət fəalları və jurnalistlərlə keçirdiyi görüşdə bildirib ki, hazırda həbs altında saxlanılan AXCP sədri Əli Kərimli öz vəkili ilə görüşəcəyi gözlənilir.

Onun sözlərinə görə, Əli Kərimli (və dünən saxlanılmış digər AXCP fəallar) İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2 maddələrilə (ictimai yerlərdə aksiyaların təşkili və keçirilməsi qaydalarının pozulması) ittiham olunurlar.

Milli Şuranın sədrinin sözlərinə görə, Əli Kərimlinin bu gün, noyabrın 18-də işinə məhkəmədə baxılacağı gözlənilir.

“Məlum olan mümkün yollar budur: Əli Kərimli ya azad buraxılmalı, ya cərimə olunmalı və ya inzibati qaydada həbs olunmalıdır”, – Cəmil Həsənli görüşdə bildirib.

Onun təbirincə, görə, qeyd edilmiş maddələrə əsasən, məhkəmə Əli Kərimlinin həbs olunacağı barədə qərar çıxaracaqsa, həmin həbs müddəti 60 gündən çox ola bilməz.

Cəmil Həsənli qeyd edib ki, Əli Kərimlinin həbs olunacağı barədə məhkəmə qərarı çıxarılacaqsa, Milli Şura və AXCP onun müdafiəsini təşkil edəcək: “Biz Milli Şura olaraq Əli Kərimlinin müdafiəsini üzərimizə götürürük. Bunun üçün qanun çərçivəsində mümkün olan bütün siyasi, ictimai və hüquq imkanlarından istifadə edəcəyik”. (Azadlıq radiosu)

Həmçinin oxuyun

“Sevincimi ifadə etməkdə çətinlik çəkirəm…”- Qubadlının qürbətdə yaşayan sabiq icra başçısı

“Peşəkar bir hərbçi olaraq və o yerləri, ən azı, Qubadlını, Cəbrayılı və Laçını qarış-qarış tanıyan …