Ana səhifə / Siyasət / Cəlal Əliyev qardaşı Aqil Əliyevin yanında dəfn edildi (FOTOLAR, Yenilənib)

Cəlal Əliyev qardaşı Aqil Əliyevin yanında dəfn edildi (FOTOLAR, Yenilənib)

Akademik Cəlal Əliyevlə vida mərasimi keçirilir.
Musavat.com-un məlumatına görə, akademikin cənazəsi AMEA-nın əsas binasının “Dairəvi zalı”ndadır.
İndiyədək mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, prezidentin köməkçisi Əli Həsənov iştirak ediblər. Hazırda mərasim zalında deputatlar, nazirlər, icra başçıları, ailənin yaxınları var.
***
Musavat.com-un reportyoru xəbər verir ki, akademik Cəlal Əliyevlə vida mərasimi başa çatıb. Onun cənazəsi dəfn üçün I Fəxri xiyabana aparılır.
***
Akademik Cəlal Əliyev I Fəxri xiyabanda dəfn edilib. Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, daxili işlər naziri Ramil Usubov, digər məmurlar, mərhumun həmkarları və yaxınları iştirak ediblər.
Qeyd edək ki, Akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. O, I Fəxri xiyabanda dəfn olunacaq.


























Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın