Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Cəfəroğlu əfv edilə biləcək məhbusların adını açıqladı

Cəfəroğlu əfv edilə biləcək məhbusların adını açıqladı

Əfv sərəncamından tanınmışların adının da olacağına çox ümidliyik.

 

Bu barədə Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Əfv siyahısına bir çox tanınmış adların təklif olunduğunu deyən N.Cəfəroğlu Komissiyanın müraciətləri dəyərləndirmək üçün yüksək səviyyədə çalışdığını bildirib:

 

“Əfvlə bağlı çox ciddi işlər aparılıb. Çox ümidliyik ki, Prezident Yeni ildə əfv sərəncamı imzalayacaq. Əfv siyahısında Tofiq Yaqublu, İntiqam Əliyev, İlqar Məmmədov, Pərviz Həşimli və NİDA-çıların da adlarının, o cümlədən Sirac Kərimov, Fərəc Kərimov və bir çox məhbusların da adının yer alacağına çox ümidliyik. Qərar isə təbbi ki, Prezidentindir”.

 

Qeyd edək ki, Yeni il bayramı öncəsi Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın