Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / “Bütün torpaqlar azad olunana qədər zəfər yürüşünü davam etdirəcək” – İsa Qəmbər əsgərə məktub YAZDI

“Bütün torpaqlar azad olunana qədər zəfər yürüşünü davam etdirəcək” – İsa Qəmbər əsgərə məktub YAZDI

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.

Modern.az saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edib.

Bu dəfə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər “Əsgərə məktub”  yazıb.

“1988- ci ildən – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzə başladığı gündən biz də Azərbaycan Ordusunun qurulması uğrunda mübarizəyə başlamışdıq. Mübarizəni xalq hərəkatından parlamentə gətirmişdik. 1990-91-ci illərin parlament çıxışlarına diqqət etsəniz, Xalq Cəbhəsi deputatlarının Ordunun yaradılma zərurəti ilə bağlı saysız-hesabsız çıxışlarını, təkliflərini görərsiniz. Biz çox xoşbəxtdik ki, o zaman qərar qəbul edildi və Azərbaycan Ordusu yaranmağa başladı.

Azərbaycan Ordusu qəhrəman əsgərin Ordusudur.

Sentyabrın 27-dən başlayan 2-ci Qarabağ savaşında əsgərlərimiz böyük şücaət, fədakarlıq gəstərir. Biz demişik və yenə də qeyd edirik ki, Ordumuzun, əsgərimizin hər zaman yanındayıq.

Əsgərimizə xüsusi bir söz deməyə ehtiyac yoxdur. Çünki onlar böyük şücaətlə Vətən, torpaq uğrunda həyatını qurban verməyə hazır olduğunu bildirərək, mübarizə aparırlar.

Hazırda gedən müharibədə qısa müddət ərzində əsgərlərimiz işğal olunmuş torpaqlarımızın önəmli bir hissəsini işğaldan azad edib. Əsgərimizə inanırıq. Əminik ki, bütün torpaqlar azad olunana qədər zəfər yürüşünü davam etdirəcək.

Azərbaycanın müqəddəs üçrəngli bayrağı torpaqlarımızda, xüsusən də Şuşada dalğalanacaq. Əsgərimizə tam etimadımızı bir daha bəyan edib, onlara sağ-salamat, qələbə ilə evlərinə qayıtmağı arzulayırıq”.

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …