Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / Bütün “kartlar” Ərdoğanla Putinin əlindədir – TƏHLİL

Bütün “kartlar” Ərdoğanla Putinin əlindədir – TƏHLİL

Yanvarın 19-da Almaniyada baş tutan Berlin konfransı iştirakçılarının əhəmiyyəti və səviyyəsi Liviyadakı münaqişənin bütün dünya üçün həllinin vacibliyindən xəbər verir. Berlin uzun zamandır, belə bir zirvə görüşü görməyib. Bu, Almaniyada 2017-ci ilin yayında “Böyük iyirmilik” toplantısından sonra baş tutan ən böyük beynəlxalq toplantı idi.

Liviya ilə bağlı beynəlxalq konfransın iştirakçıları sırasında Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Konqo, İtaliya, Misir və Əlcəzairin liderləri, nümayəndələri, eyni zamanda Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Afrika Birliyi və Ərəb Dövlətləri Liqasının nümayəndələri, habelə Liviyada müharibə edən tərəflərin təmsilçiləri – Liviyanın BMT tərəfindən tanınan hökumətinin başçısı Faiz Sərrac və müxalif general Xəlifə Haftar da var idi. Konfrans iştirakçıları qarşıdurma tərəflərini eyni masa arxasında əyləşdirə bilməsələr də, Rusiya və Türkiyə liderlərinin vasitəçiliyi ilə sülhün davam davam etməsi qərara alındı. Barışıq əldə edilməsini təmin etmək üçün “beşdən beşə” formatında hərbi komitənin yaradılması barədə razılıq əldə edildi.

Liviyadaxili münaqişə tərəfləri arasında barışıq və dünya liderlərinin iştirakı ilə münaqişənin nizamlanması üçün gələcək danışıqların əsasını qoyan Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, yanvarın 8-də İstanbuldakı görüşdə Liviya Milli Ordusu (LMO) ilə üsyançıların bir-biri ilə müharibəni dayandırmasına nail oldular. Rusiya tərəfindən dəstəklənən marşal Xəlifə Haftar və Türkiyənin dəstəklədiyi Milli Razılaşma Hökuməti (MRH) barışığa gediblər və 11 yanvarda Putin ilə Ərdoğan telefon danışığında vəziyyətin həllinə yardım etməyə hazır olduqlarını bildiriblər.

Artıq yanvarın 12-də tərəflər arasında atəşkəs elan edilib, baxmayaraq ki, zaman-zaman bəzi hadisələr baş qaldırır. Yanvarın 13-də Haftar və Sərrac atəşkəs razılaşması imzalamaq üçün Moskvaya gəldi, lakin Haftar Sərracdan fərqli olaraq, silahlı qrupların ləğvi ilə bağlı bəndin olmadığı üçün sənədi imzalamadan görüşü tərk etdi. Haftar “Türkiyə müdaxiləsi və ya vasitəçiliyi”nə etiraz bildirdi.

Münaqişənin həlli prosesində növbəti addım Berlindəki konfrans oldu. Bütün siyasi qüvvələrin iştirakı ilə Liviyadaxili dialoqa dair milli konfransın 14-16 aprel 2019-cu il tarixlərində Qadamesdə planlaşdırıldığı, Haftar ordusunun Tripoliyə hücumu səbəbindən təxirə salındığı bildirildi. Putin və Merkel yanvarın 11-də Moskvada Berlin konfransının keçirilməsi barədə razılığa gəldilər, Rusiya və Türkiyənin sülhməramlı missiyasını dəstəklədilər, Yaxın Şərqdə güc balansının dəyişdiyini və Moskvanın əsas rolunu qəbul etdilər.

Beləliklə Liviya ilə bağlı sülh konfransı baş tutdu və bunun nəticəsində vacib qərarlar qəbul edildi. Dünya liderləri münaqişənin hər iki tərəfinə eyni dərəcədə təsir göstərsələr də, çox güman ki, generalın müqaviməti səbəbindən Xaftar və Sərracı eyni masaya gətirə bilmədilər. Ancaq bu, yalnız başlanğıcdır, tərəflərin münaqişəni həll etmək üçün uzun bir yolu var, əleyhdarlar hələ də hərbi qarşıdurmalardadır. Qarşıda uzun danışıqlar prosesi gedir, amma keçmiş Berlin konfransının iştirakçılarının tərkibi və münaqişənin həllində maraqlı olması “ikinci Suriya”nın qarşısını almağın mümkün olacağına ümid verir.

Böhran Araşdırmaları İnstitutunun direktoru Mark Almond hesab edir ki, danışıqlar prosesində ən böyük problem münaqişə tərəflərinin atəşkəs rejiminə əməl etməsi mexanizminin olmamasıdır. Almond iddia edir ki, barışığa zəmanət verən üçüncü qüvvə olmalıdır, amma heç bir ölkə bu cür öhdəlikləri üzərinə götürməyə hazır deyil.

Türkiyə Liviyanın gələcəyini Haftardan qorumağa çalışır. Prezident Ərdoğanın, Avropa qitəsinə yeni qaçqın axınının istiqamətinə toxunaraq xəbərdarlıq edib ki, Liviyanın qanuni hökuməti yıxılarsa, Avropa yeni təhlükə və problemlərlə üzləşəcək. O, eyni zamanda Avropaya yeni dünyanın təməl dəyərlərini – demokratiyanın və insan hüquqlarının qorunmasını xatırladıb və Avropa liderlərini sülh prosesində fəal iştirak etməyə çağırıb.

Faiz Sərrac da bəyan edib ki, yeganə çıxışı yolu Türkiyənin hərbi müdaxiləsidir: “Seçim hərbi yardım vəd etmiş Türkiyə ilə əməkdaşlıqdır. Bununla əlaqədar olaraq, Liviya təhlükəsizlik qüvvələrinə təlim keçəcək və onlara terrorizm, insan alveri və beynəlxalq təhlükəsizlik üçün digər ciddi təhdidlərlə mübarizəyə hazırlayacağıq”.

Buradan aydın olur ki, Liviya münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsində, yalnız Türkiyə və Rusiyaya etibar etmək olar. Hətta Qərb analitikləri də belə düşünürlər. Beləliklə, bütün “kartlar”, müharibə edən tərəfləri danışıqlar masasına gətirmək üçün səy göstərən Putin və Ərdoğanın əlindədir. Ayna.az

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …