Bazar ertəsi , May 23 2022
Ana səhifə / Siyasət / “Bütün bunları Azərbaycanda görmüşəm” – Gündüz Məmmədov (VİDEO)

“Bütün bunları Azərbaycanda görmüşəm” – Gündüz Məmmədov (VİDEO)

Ukraynalı jurnalist Dmitri Qordon 2019-2021-ci illərdə Ukrayna baş prokurorunun müavini olmuş, ULAG hüquq qrupunun beynəlxalq cinayət hüququ üzrə eksperti Gündüz Məmmədovla müsahibəni təqdim edib.

Azərbaycan əsilli hüquqşünas “Qordon” internet nəşrinin təsisçisinə Odessadakı vəziyyət, Kiyevin müdafiəsi və Rusiya Federasiyasının Ukraynada törətdiyi ağır cinayətlər barədə danışıb.

G.Məmmədovun sözlərinə görə, Ukraynadakı vəziyyət 1990-cı illərdə Azərbaycanda baş vermiş hadisələrə bənzəyir.

“Müharibə başlayanda dejavü yaşadım. Bütün bunları gəncliyimdə Azərbaycanda görmüşəm”, – deyə o bildirib.

Ekspert hesab edir ki, hərbi cinayətlərin son müddəti yoxdur, hərbi cinayətkarlar heç vaxt ədalətdən qaça bilməyəcəklər.

O, Rusiyanın Ukraynaya qarşı hərbi cinayətlərini kimlərin sənədləşdirdiyindən də danışıb.

“BMT-nin İnsan Haqları Şurası Ukraynada hərbi cinayətlərə dair sübutlar toplayacaq”, – deyə ekspert izah edib.

Ukraynanın baş prokurorunun keçmiş müavini Putin və rusiyalı təbliğatçıların niyə Ukrayna məhkəmələri tərəfindən təqib olunmaması məsələsinə də toxunub.

Sonda G.Məmmədov Ukraynada müharibənin nə vaxt bitəcəyi ilə bağlı fikirlərini bölüşüb.

Həmçinin oxuyun

“Kreml Paşinyanı Moskvaya çağırıb qulaqburması verəcək”

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanı barışdırmaq üçün səylərini artırıb. O, Avropa İttifaqının …