Cümə , Oktyabr 22 2021
Ana səhifə / Siyasət / “Bütün bunlar həmin təşkilatların ölkəmizə qarşı qərəzli münasibətini özündə ehtiva edir” – İSBAM

“Bütün bunlar həmin təşkilatların ölkəmizə qarşı qərəzli münasibətini özündə ehtiva edir” – İSBAM

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi bəyanat verib.

Bəyanatda deyilir: “Son günlər “Freedom House” və bu qəbildən olan beynəlxalq təşkilatların yayımladıqları hesabatlarda Azərbaycanda insan hüquqlarının pozulduğunu, internet azadlığının olmadığını bildirən bəyanatlara rast gəlinir. Həmin hesabatlarda Azərbaycanda sosial şəbəkələrdə ictimai-siyasi mövzuda tənqidi fikirlər yazan şəxslərin təqiblərə məruz qaldığına dair absurd fikirlər də öz əksini tapmışdır.

Vətəndaş Cəmiyyətini təmsil edən təşkilat kimi bildirmək istəyirik ki, “Freedom House” və oxşar beynəlxalq təşkilatlar yaxşı olardı ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, eləcə də Qərbin ölkəmizdə fəaliyyət göstərən şirkətlərinin daxilindəki antidemokratik mühiti, qeyd olunan qurumların öz əməkdaşlarının fikir və internet azadlığına müdaxiləsini araşdırsınlar. Əgər təbii ki, bu onlara sərf edəcəksə.

Bu nöqteyi-nəzərdən “Freedom House” və analoji təşkilatlara müraciət olunaraq sual olunur?

  1. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, beynəlxalq QHT-lər, eləcə də Qərbin ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətləri nəyə görə əməkaşlarına özlərinə məxsus sosial şəbəkələrdə dövlətimizi və ərazi bütövlüyümüzü dəstəkləyən paylaşımlara qadağa qoyur? Bu sərbəst fikir, internet azadlığı və siyasi baxışlara müdaxilə deyilmi?
  2. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, eləcə də Qərbin ölkəmizdə fəaliyyət göstərən şirkətlərinin rəhbərləri nəyə görə siyasi baxışları hakimiyyətyönümlü olan şəxsləri işə götürmür?
  3. Azərbaycanla bağlı hesabatlar hazırlayan “Freedom House”, “Human Rights Watch” kimi təşkilatlar Azərbaycanda hesabatların hazırlanmasını həvalə etdiyi vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərinə nəyə görə müdaxilə edir? Nəyə görə həmin şəxslərin ölkəmizdəki müsbət dəyişikliklərlə bağlı hazırladıqları fikirlərin hesabata salınmasına imkan vermir və ya bu kontekstdə yazılan fikirləri həmin hesabatlardan çıxardır? Hansı səbəbə görə həmin hesabatlara ölkəmizdə insan hüquqlarının  pozulduğuna dair fikirlərin salınmasını imperativ qayda kimi tətbiq edir?

Qeyd olunan təşkilatlar bu suallara cavab verəcəkmi? Yəqin ki xeyr.”

Bütün bunlar həmin təşkilatların ölkəmizə qarşı qərəzli münasibətini özündə ehtiva edir. Vətəndaş Cəmiyyəti Nümayəndələri olaraq bu hal bizləri narahat edir, təəssüf hisləri yaradır. Biz beynəlxalq təşkilatlardan ölkəmizə qarşı ədalətli, dürüst və şəffaf münasibət gözləyirik”.

Həmçinin oxuyun

Ərdoğan Azərbaycana səfəri barədə “Haber Global”ın sualını cavablandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib. Dövlət başçısı “Haber …