Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Siyasət / “Bütün bunlar Azərbaycan ictimaiyyətini narahat edir” – Elman Nəsirov

“Bütün bunlar Azərbaycan ictimaiyyətini narahat edir” – Elman Nəsirov

“Avqust ayının 11-də baş vermiş üç hadisə regionda çox qəliz proseslərin getdiyindən xəbər verir və uzağa gedən bir sıra nəticələr çıxarmaq üçün əsaslar yaradır”.

Bunu Azinforum.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu ilk növbədə onunla bağlıdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sərt bir bəyanat qəbul etdi və bu bəyanatda 2021-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli sənədin dördüncü bəndi yerinə yeritilmədiyindən narazılığını ifadə etdi: “Həmin bəndə görə, erməni silahlı qüvvələrinin tör-töküntüləri Qarabağ ərazisini tərk etməli idi. Lakin, həmin bəyanatda qeyd olunur ki, bu nəinki baş vermir, eyni zamanda təkzibedilməs faktlar var ki, Ermənistan ərazisindən Rusiya sülhməramlılarının dəstəyi ilə yaratdıqları münbit şərait nəticəsində erməni silahlıları yenidən Qarabağ ərazizində yerləşdirilməkdədir. Daha dəqiq desək, Muxtarkənd, Şuşakənd ətrafında postlar qurulub. Eyni zamanda, Laçın və Zəngilan rayonlarının şərq hissəsində də belə erməni postları qurulmaqdadır. Bu isə daban-dabana 10 noyabr sənədi ilə ziddiyyət təşkil edir və rus sülhməramlıları buna görə çox böyük məsuliyyət daşıyırlar”.

Millət vəkilinin sözlərinə görə, eyni zamanda, Müdafiə Nazirliyinin məlum sərt bəyanatında o da vurğulanır ki, baş vermiş hadisələrə görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür: “Elə həmin gün, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də İran tərəfinə nota qəbul etdi. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı və ona bildirildi ki, Azərbaycan tərəfində təzkibedilməz faktlar mövcuddur ki, İran ərazisindən yük maşınları ilə Qarabağa təyinatı məlum olmayan yüklər daşınır və bu Azərbaycanın icazəsi olmadan baş verir. Bu qəbuledilməzdir. Bu heç bir halda Azərbaycanla İran arasındakı ənənəvi, mehriban qonşuluq və dostluq münasibətinə uyğun gəlmir. Bu dostluğa xələl gətirir və kölgə salır. Müdafiə Nazilriyinin yaydığı bəyanatda, İranı belə məsələlərdən çəkinməyə olan çağırış öz əksini tapmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələlərlə bağlı son çıxışlarının birində qeyd etdi ki, dəqiq məlumatlar var ki, üçüncü ölkənin ərazisindən Qarabağdakı ermənilərə dəstək üçün yük maşınları gedir. Onlar nömrələrini belə erməni nömrələri ilə dəyişdirdilər ki izi itirsinlər. Amma bizim əlimizdə çox dəqiq sübutlar var. Eyni zamanda, həmin gün, yəni avqust ayının 11-də Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ermənistanın yeni müdafiə nazirini qəbul etdi və qəbul zamanı Ermənistan ordusuna Rusiyanın ciddi dəstək verəcəyi ilə bağlı fikirlər ifadə olundu. Eyni zamanda, Şoyqu Ermənistanı Rusiyanın əsas hərbi müttəfiqi kimi adlandırır. Bu da təbii ki, Ermənistanda revanşizm duyğularını gücləndirən haldır. Nəticədə, 10 noyabr və 11 yanvar sənədləri üçün çox ciddi əngəllər yaradan bir prosesdir. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycan ictimaiyyətini narahat edir. Bu məsələlərlə bağlı Azərbaycanın iki mühüm dövlət qurumu, Müdafiə və Xarici İşlər Nazirliyi açıq şəkildə sərt mövqeyini ifadə edir. Bu reallıqlar fonunda Ermənistanın baş naziri isə Azərbaycanla danışıqlara hazır olduğunu bildirir və ATƏT-in Minsk qrupundan yeni təkliflər gözlədiyini elan edir. Bu da Ermənistanın növbəti təxribatçı davranışıdır. ATƏT-in Minsk qrupu öz ömrünü başa vurub. Onlar münaqişənin həllinə heç bir kömək etmədilər. Nəinki kömək etmədilər, hətta işğalçının yanında yer aldılar və 44 günlük müharibə bütün həqiqətləri çılpaqlığı ilə üzə çıxardı. Belə olan vəziyyətdə ATƏT-in Minsk qrupundan hansı təklifi gözləyirik?!”.

Həmçinin oxuyun

İlahiyyatçıdan Ərdəbil imamı Amuliyə sərt cavab

Ərdəbilin imam – cüməsi Həsən Amuli bir növü ölkəmizə qarşı təhdidedici ifadələr səsləndirib. Onun təhdidlərinə …