Çərşənbə axşamı , Sentyabr 27 2022
Ana səhifə / Siyasət / “Bunun özü də paradoks deyilmi, hörmətli Məleykə xanım” – DEPUTAT

“Bunun özü də paradoks deyilmi, hörmətli Məleykə xanım” – DEPUTAT

“Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, bu il ilk dəfədir ki, Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi” ixtisası üzrə keçid balı həmin universitetin Hüquq fakültəsinin keçid balından daha yüksəkdir. Bəs rəqəmlər nə deyir: Riyaziyyat müəllimliyinin plan yeri 140 nəfər; Hüquq fakültəsinin plan yeri 320 nəfərdir. I qrupda 530-dan yuxarı bal toplayanların sayı 2313 nəfər; III qrupda 530-dan yuxarı bal toplayanların sayı 1387 nəfərdir. Bu mövzu ətrafında müzakirələr zamanı belə bir sual qoyulmuşdu: “Riyaziyyat dəbə minir, hüquq hörmətdən düşür?””


Bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.


Deputat bildirib ki, son 20 ilin mənzərəsinə baxaq: “”Riyaziyyat müəllimliyi”ni ikinci ixtisas kimi seçənlərin sayı nə qədərdir? “Hüquq” ixtisasını seçənlərin sayı nə qədərdir? 1:100 nisbəti olsa bunu əla nəticə saymaq olar. Mən hələ eşitməmişəm ki, kimsə ikinci ixtisas kimi Fizika və Riyaziyyat müəllimliyini seçsin. Riyaziyyat ixtisasına isə Dövlət sifarişinə keçid balı 375 olub. Bunun özü də paradoks deyilmi, hörmətli Məleykə xanım”.

Həmçinin oxuyun

“Zəngəzur dəhlizi ətrafında mənfi geostrateji və əlverişsiz durum yaranır”

İkinci Qarabağ müharibəsinin 2 ili tamamlanır. Sabah ölkədə Anım Günü olacaq. Müharibədən sonrakı 2 ildə …