Ana səhifə / Siyasət / Bunlar qida borusu xərçənginə səbəb olur – TƏHLÜKƏ

Bunlar qida borusu xərçənginə səbəb olur – TƏHLÜKƏ

İlkin mərhələsində əlamətləri gec məlum olduğu üçün qida borusu xərçəngi dünyada ən çox rast gəlinən xərçənglər arasında 8-ci yerdədir. Müxtəlif ölkələrdə hər il orta hesabla 5-6 min insana qida borusu xərçəngi diaqnozu qoyulur. Üstəlik, son illər nisbətən artdığı müşahidə edilir.

Tütün, siqaret və spirtli içki qəbulu, piylənmə, bədəndə mineral çatışmazlığı, radiasiyaya məruz qalma, akalazya xəstəliyi bu xərçəng riskini yaradan faktorlardır. Lakin başqa bir faktor da qida borusu xərçənginin ən vacib səbəbləri arasında birinci yerdədir. Bu isə qidalanmada tez-tez etdiyimiz səhvləridir. Milli.Az lent.az-a istinadən cərrah Bilgi Bacanın bu xərçəng növünə səbəb olan risklər haqqında fikirlərini təqdim edir. Həkim-mütəxəssis qida borusu xərçənginə səbəb olan qidalanma səhvləri və bunun qarşısını almaq üçün lazım olan tədbirlər barədə danışıb. O, ilk növbədə qida borusu xərçənginin dəqiq səbəblərinin məlum olmadığını deyib. Bununla yanaşı, genetik səbəblərdən daha çox ekoloji faktorlar və qidalanma vərdişləri daha çox təsir edir.

1. İçkiləri isti içmək

Aparılan araşdırmalar zamanı məlum olub ki, isti içkilər içən insanlarda qida borusu xərçənginin yaranma riski 1,6 dəfə çoxdur. İsti içkilər qida borusunda qıcığa səbəb olur, bu isə xroniki qida borusu iltihabına gətirib çıxarır. Bu da xüsusən orta və alt qida borusunda yastı hüceyrəli xərçəng riskini artırır.

2. Hisə verilmiş və konservləşdirilmiş qidaları məlumatsız yemək

Hisə verilmiş və təndirdə bişirilmiş ətli qidalarda yüksək faizli benzopran maddəsi üzə çıxır. Bu cür xərçəng yönlü polisik hidrokarbonlar xərçəng inkişafına səbəb olur. Xüsusən də ətlərin manqalda oda daha yaxın tutularaq bişirilməsi zamanı nitromanin deyilən kimyəvi xərçəng yönlü maddələr yaranır. Aparılan təcrübələr bu formada bişirilən qidaların tez-tez yeyilməsinin qida borusu xərçənginə səbəb olduğunu sübut edib. Ətin orta-yumşaq istilikdə, qızardılmış, sobada bişirilmə və qaynadılma kimi üsullarla və uzun müddət bişirilməsi kimyəvi xərçəng yönlü maddələrin yaranmasını azaldır.

3. Sağlamlığa zərərli qidalar yemək

Son zamanlar qida borusu xərçənginin inkişafında ən güclü risk faktorlarından biri də nitratlar və nitritlərdir. Duzlanmış tərəvəz və konservləşdirilmiş balıqda N-nitro birləşmələri də xərçəng risklərindən biridir. Başqa bir təcrübə isə sübut edib ki, qırmızı əti çox yemək də qida borusunda yastı hüceyrəli xərçəng riskini artırır. Bunun qarşılığında isə ağ ət, ev heyvanları, balıq və qaraciyər yemək xərçəngə qarşı qoruyucu təsirə malikdir.

4. Qidalar uyğun gigiyenik şəraitdə saxlanmalıdır

Nəmli və isti şəraitdə saxlanılan taxıllar, fındıq, fıstıq, qoz, əncir, qaysı kimi bəzi quru meyvələrdə və ədviyyatlarda çoxalma qabiliyyəti olan bəzi mikroorqanizmlərin istehsal etdiyi toksinlərin də qida borusu xərçənginə səbəb olduğu məlumdur. Buna görə də bu cür qidalar onlara uyğun şərtlərdə, soyuducularda və sərin anbarlarda saxlanmalı, kiflənmiş qidaların üzərindəki kiflər təmizlənsə də, heç bir formada yeyilməməlidir.

5. Qidaları çox çeynəyin

Yeməyi kiçik loxmalarla və asta-asta yemək mədənin həzmi üçün lazım olan ifrazı da asan istehsal etməsi üçün vacib rol oynayır. Buna görə də qidaları ağızda yaxşı çeynəmək lazımdır. Eyni zamanda, yaxşıca çeynəmək mexaniki olaraq qidaların həzm olunmasına da şərait yaradır. Aparılan araşdırmalar yaxşı çeynənilmədən tez bir zamanda yeməyin qida borusu xərçənginin yaranmasında risk faktoru olduğunu sübut edib.

6. Meyvəni az yeməyin

Təzə meyvə və tərəvəzlərin az yeyilməsi də qida borusu xərçəngi riskini artırır. Belə ki, meyvə və tərəvəzi az yeyən insanlarda çox yeyən insanlara nisbətən xərçəng riski iki dəfə çoxdur. Bununla yanaşı, narıncı rəngli meyvələrin və C vitamini qəbulu da xərçəng riskini aşağı salır. Dolayısı ilə, hər gün müxtəlif meyvə və tərəvəz yeməyə çalışın. Xüsusən də, antixərçəngyönlü vitaminlər və fitokimyəvi tərkibli pomidor, kök, ispanaq, sarımsaq, brokoli, turp, kərəviz, gül kələmi, kələm, yaşıl sarımsaq, soğan, narıncı rəngli meyvə və tərəvəzləri tez-tez yemək məsləhətdir.

7. İlkin mərhələdə əməliyyat etdirin

Qida borusu xərçəngi əsasən əlamətləri olmayan xərçəng növüdür. Həkim B. Baca bildirir ki, xərçəng irəlilədikdə xəstələrdə daha çox udma və arıqlama problemləri yaşanır. Sinə hissəsində yanma və ağrı, qusma, qidaların ağıza geri qayıtması, boyun hissədə şiş, iştahsızlıq, səs batması, boğazda qanama, öskürək, boğulma və s. kimi əlamətlər müşahidə edilir. Bu xəstəliyin müalicəsi xərçəngin mərhələsi ilə xəstənin ümumi vəziyyəti, şişin yayılması, yerləşməsi və böyüklüyündən asılıdır. İlkin mərhələdə diaqnoz qoyula bilərsə, xəstəliyin nəticəsi yaxşı olur. Şiş çox irəliləməyibsə və başqa orqanlara yayılmayıbsa, ilk müalicə cərrahiyyə yolu ilə şişi qida borusundan çıxarmaq və onun ətrafındakı limfa vəzlərini çıxarmaqdır. Xəstənin udmasını bərpa etmək üçün mədə ilə qida borusunun bir hissəsi birləşdirilir. Müxtəlif üsullarla mədə və ya yoğun bağırsaqdan yemək borusu düzəldilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın