“Biz bölgədə ən qısa zamanda daimi sülhün bərqərar olması üçün böyük səylər göstərir və “iki dövlət, bir millət” anlayışı ilə əziz qardaşımız Azərbaycanı dəstəkləməyə davam edirik”.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qazilər Günü münasibətilə Nazirliyikdə keçirilən mərasimdəki çıxışında deyib.
“Necə ki, 105 il əvvəl bu gün Qafqaz İslam ordusu Bakını işğaldan xilas edərək qardaşlarının yanında olub, biz də eyni anlayışla bundan sonra da Azərbaycanın yanında olacağıq”, – deyə Y. Gülər bildirib.
