Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / “Bundan gözəl nə ola bilər?” – Aqil Abbas

“Bundan gözəl nə ola bilər?” – Aqil Abbas

Əldə edilən sülh razılaşmasını müsbət qiymətləndirirəm. Artıq Dağlıq Qarabağın statusu məsələsi birdəfəlik aradan qalxdı. Bundan gözəl nə ola bilər?

Bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas dünəm gecə Azərbaycan-Rusiya-Ermənistan arasında əldə edilən sülh razılaşmasını qiymətləndirərkən deyib.

Aqil Abbas əlavə edib ki, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq: “Başqa kimin bayrağı ola bilər? Yalnız Azərbaycan bayrağı”.

Deputat əlavə edib ki, birgə bəyanat verilib: “Bu, kontur sənədlərdir. Yəni nə necə olmalıdır. Əlbəttə, erməni qoşunları Azərbaycan ərazilərindən çıxarılacaq, torpaqlarımız özümüzə qaytarılacaq və bundan sonra sülh müqaviləsi imzalanacaq”.

Aqil Abbas bildirib ki, şəxsən onun ermənilərə o qədər də inamı yoxdur: “Amma ümid edirəm ki, bu mexanizm işlək olacaq. Erməni məcburdur ki, rusların dediyini etsin. Ehtimal edirəm ki, Türkiyə tərəfi də bu prosesdə hansısa formada iştirak edəcək. Mən əldə olunan razılaşmanı uğurlu sayıram”. /Teleqraf.com

Həmçinin oxuyun

Azərbaycanı dəstəkləyən görünməz güc – TƏHLİL

“Prezident Əliyevin geosiyasi məharəti və bacarığı məhz bundan ibarət oldu ki, mürəkkəb geosiyasi oyunda Azərbaycanın …