Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bulvarda “Mirvari” kafe müştəriləri soyur – Etiraz

Bulvarda “Mirvari” kafe müştəriləri soyur – Etiraz

Bu barədə facebook istifadəçilərindən olan Akif Qurbanov dünən facebook səhifəsində yazıb.

Statusu olduğu kimi təqdim edirik:

“Bulvarda Mirvari adlanan kafedə 4 nəfərlik çay içmək istədik. Dəstgah mütləq şərt olduğunu söylədilər, dedik ok. 22 manatlıq dəstgahda həcm elə müəyyənləşib ki, adama 1 kiçik türk adlanan рaxlava, 1 qaşıq mürəbbə, bir neçə dənə ləрə düşdü. Administratoru soruşdum sözümüzü deməyə, qarson gəldi ki, guya administrator yoxdu, sözümüzü ona deyək. Soruşdum ki, ikinci stəkan çayı içmək üçün yeni çaynik sifariş verməli olduğumuzu başa düşsək də bəs çayı nə ilə içək, yenidən dəstgah sifariş verməliyik?! Cavab: vallah biz kimik ki, nə verirlər onu gətiririk. Bir sözlə fürsətçilik edib soyurlar camaatı rəsmən, rəhbərliyi də çağıranda gizlənirlər. Bulvar İdarəsi də guya nəzarət edir!

Р.S. Çalışın yolunuz bura düşməsin.”

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın