Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Builki prezident seçkilərinin ilk namizədi oldu

Builki prezident seçkilərinin ilk namizədi oldu

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin növbəti iclası keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata iclasın gündəliyində ötən iclasda qəbul olunmuş qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. KXCP Ali Məclisi Türkiyə ordusunun Afrində apardığı anti-terrror əməliyyatını da müzakirə edərək, qardaş ölkənin mövqeyini dəstəklədiyini ifadə edib. İclasda həmçinin bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri müzakirə edilib.

Partiyanın Ali Məclisi KXCP sədri Mirmahmud Mirəlioğlunun növbəti prezident seçkilərində namizədliyini irəli sürüb.

Həmçinin oxuyun

Ceyhun BayramovunTürkmənistana səfəri başladı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti …