Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / “Bugünkü hadisənin Azərbaycana mənfi təsiri onillərlə davam edəcək”

“Bugünkü hadisənin Azərbaycana mənfi təsiri onillərlə davam edəcək”

“Bu gün – 26 noyabrda baş verən hadisənin Azərbaycan iqtisadiyyatına mənfi təsiri hələ onillərlə davam edəcək”.
Bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov öz sosial şəbəkə hesabında, ABŞ-nin Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşünün ləğv edilməsinə münasibət bildirərkən yazıb.
“Hökumət ABŞ-də təhsil almış azərbaycanlıları Amerika cəsus şəbəkəsinin hissəsi elan etdi və onların sabahkı məzun toplantısının hüquq-mühafizə orqanları tərəfindən yaxından izlənəcəyini bildirdi.
Siyasəti əməliyyatçılara tapşıranda belə də olmalı idi. Bundan sonra tək ABŞ-də yox, ümumiyyətlə xaricdə təhsil almış xeyli sayda azərbaycanlı əsassız şübhə obyekti olmaq qorxusundan daha geri qayıtmayacaq, burada olanlar isə ölkədən həmişəlik getməyin yollarını axtarmağa başlayacaq. İqtisadiyyata dəyən zərər milyardlarla ölçüləcək.
İqtisadiyyatımızın gələcəyinin onsuz da qaranlıq göründüyü bir vaxtda ona belə bir zərbənin vurulması yolverilməzdir”, – İlqar Məmmədov bildirib.
Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin təşkil etdiyi bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüş yerli KİV-də “ABŞ-nin Bakıdakı agenturası ilə görüşü” kimi təqdim olunub və sözügedən KİV Azərbaycanın hüquq-mühafizə orqanlarının tədbiri nəzarətə götürüldüyünü iddia edib. Bu gün isə “Məzunların yubiley qalası” adı verilən və sabah – 27 noyabr saat 18:30-da “JW Marriott Absheron” hoteldə keçirilməsi nəzərdə tutulan görüşün ləğv olunması ilə bağlı xəbərlər yayılıb.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …