Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / “Bu yolda sonacan üzərimizə düşən vəzifəni həyata keçirməyə hazırıq”

“Bu yolda sonacan üzərimizə düşən vəzifəni həyata keçirməyə hazırıq”

İrəvan Azadlıq Təşkilatı bəyanat yayıb.

Bəyanatda deyilir: “27 sentyabr tarixindən etibarən erməni tərəfi növbəti dəfə ərazilərimizə hərbi təcavüz etmiş, bu dəfə də əsasən mülki vətəndaşlarımızı və mülki obyektlərimizi hədəfə almışdır. Nəticədə mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar vardır, yaşayış evlərinə və mülki obyektlərimizə ciddi ziyan dəymişdir.

Hazırda Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. İrəvan Azadlıq Təşkilatı torpaqlarımızın işğaldan azad olunması yolunda atılan bütün addımlarda Ordumuzun,  Dövlətimizin və Ali Baş Komandanın yanında olduğunu, bu məqsədlə istənilən dəstəyi verməyə hazır olduğunu bəyan edir və hər kəsi bu müqəddəs vəzifəni sonadək həyata keçirmək üçün səfərbər olmağa çağırır.

İrəvan Azadlıq Təşkilatı olaraq tezliklə əzəli torpaqlarımıza qayıdacağımıza əminliyimizi ifadə edərək bu yolda sonacan üzərimizə düşən vəzifəni həyata keçirməyə hazır olduğumuzu bəyan edirik”.

İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev.

Həmçinin oxuyun

Ərdoğan Putinlə telefon danışığının detallarını AÇIQLADI

“Bir əsrdir imperialistlərin oyun meydanına çevrilmiş bu qədim coğrafiyanın artıq məngənədən xilas olmaq vaxtı gəlib …