Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Bu üzlüklər hansısa oliqarxın…”

Bu üzlüklər hansısa oliqarxın…”

“Son zamanlar fasadlama ilə əlaqədar çox ciddi fəsadlar yaranır”.

Bunu Simsar.az-a Milli Məclisin İqtisadi Siyasət Komissiyasının üzvü Vahid Əhmədov deyib.

O bildirib ki, fasadlanma zamanı yanğına tez məruz qalan materiallardan istifadə edirlər ki, həmin materiallar yanğına davamlı deyillər: “Rusiya və Çexiyada istehsal edilən, 100% yanğına davamlı olan fasadlanma materialları Azərbaycana gətirilir. Amma ondan istifadə edilmir. Görünür, bu gün binalara vurulan üzlüklər hansısa biznesmeninin və ya oliqarxın sexində istehsal edilir. Ona görə də ölkə ərazisində binaların fasadlanması zamanı bundan istifadə edirlər. Bu düzgün hal deyil, bunu qarşısı alınmalıdır. Hesab erdirəm ki, keçən dəfə Xətai rayonunda oxşar hadisə baş verən gündən bunun qarşısı alınmalı idi”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) xəbərdarlıq etdiyini deyən komitə üzvü bildirib ki, edilən xəbərdarlıqların heç bir nəticəsi olmayıb: “Ümumiyyətlə, bütün dövlət qurumlarına qadağa qoyulmalıdır ki, belə materiallardan istifadə edilməsin. FHN-in xüsusi idarəsi var. Həmin idarə bu işlə məşğul olmalıdır. Qanuna əməl etməyən şəxslər cərimələnməlidirlər, məsuliyyətə cəlb olunmalıdırlar. Kimin tabeliyində olmasından aslı olmayaraq belə materialların istehsalına və istifadəsinə qadağa qoyulmalıdır. Azərbaycan hazırda Birinci Avropa Oyunlarının başlanması ərəfəsindədir. Bu cür hadisələrin qarşısının alınması üçün tədbirlərin görülməsinə böyük ehtiyac var”.

“Bu məsələ Milli Məclisdə dəfələrlə qaldırılıb. Xətai rayonunda hadisə baş verən zaman da qaldırılmışdı. Dövlət başçısının da göstərişi var ki, belə materiallardan istifadə edilməsin. Çox təəssüf olsun ki, bundan nəticə çıxartmadılar. Görünür, hansısa “uzunəllər” bundan istifadə edirlər”, – deyə deputat əlavə edib.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın