Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / “Bu torpaqları görməyən cavanlarımız uğrunda ölümə gedirdilər” – İlham Əliyev

“Bu torpaqları görməyən cavanlarımız uğrunda ölümə gedirdilər” – İlham Əliyev

Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir.

Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qələbəmizi şərtləndirən amillərdən danışarkən bildirib.“Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən “məğlubedilmiş” sözünü atacağıq, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi. Əgər xalqımız buna inanmasaydı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasaydı müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Ona görə, bu bizim hamımızın qələbəsidir, hamımızın təntənəsidir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Həmçinin oxuyun

“Qarabağ məsələsinə münasibətdə İranın mövqeyi şəffaf və birmənalı idi” – Seyid İbrahim Rəisi

“Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının …