Ana səhifə / Siyasət / “Bu terror aktı ilə Azərbaycan dövlətinə və xalqına mesaj vermək istəyən qüvvələr…” – AMİP

“Bu terror aktı ilə Azərbaycan dövlətinə və xalqına mesaj vermək istəyən qüvvələr…” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyası nın

B Ə Y A N A T I

Azərbaycan Milli İstiqlal Partiyası Böyük Quruluş Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktını qətiyyətlə pisləyir və bu alçaq hücumun icraçı və sifarişçilərinin tez bir zamanda aşkar olunaraq məsuliyətə cəlb edilməsinin vacib olduğunu bildirir.

AMİP olaraq baş verən hadisəni ölkəmizdə sabitliyin pozulmasına cəhd və cəmiyyət arasında qorxu yaratmağa hesablanmış addım kimi qiymətləndiririk. Bu terror aktı ilə Azərbaycan dövlətinə və xalqına mesaj vermək istəyən qüvvələr bilməlidirlər ki, heç bir təhdid insanımızı haqq davasından çəkindirə bilməz və bu mənfur hücumun arxasında dayanan qüvvələr buna görə mütləq cavab verəcəklər.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …