Şənbə , Avqust 8 2020
Ana səhifə / Siyasət / “Bu, “sapı özümüzdən olan baltalar”ın cızma-qarasıdır” – YAP-çı deputatdan “Vaşinqton Post”a cavab

“Bu, “sapı özümüzdən olan baltalar”ın cızma-qarasıdır” – YAP-çı deputatdan “Vaşinqton Post”a cavab

“Vaşinqton Post” nəşri 29 iyul saylı nömrəsində Azərbaycan hakimiyyəti barədə tənqidi məqalə dərc edib. Yazıda prezident İlham Əliyev müxalifəti yox etmək istəyində olmaqda ittiham edilir. Məqalə ölkəmizdə etiraz doğurub.

YAP-çı deputat Elman Nəsirov Musavat.com-a açıqlamasında bildirdi ki, bu, qeyri-obyektiv, Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə və siyasi sifariş əsasında yazılmış bir məqalədir: “Məqalə ilə tanış olduqdan sonra bir şeyə təəccübümü gizlədə bilmədim. Oradakı fikirlər və gətirilən sitatlar tamamilə Sevinc Osmanqızı və Cəmil Həsənlinin çıxışlarındakı fikirlərlə yüz faiz üst-üstə düşür. Qənaətim belədir ki, həmin amerikalı jurnalist sadəcə imzasını qoyub. Amma onun mətni “Beşinci kolon” tərəfindən hazırlanıb və jurnalistə təqdim olunub.

Təbii ki, “Vaşinqton Post”da belə qərəzli yazının dərc olunması böyük maliyyə vəsaiti də tələb edir. Hesab edirəm ki, burada maliyyəni ödəyən tərəf erməni lobbisidir. Erməni lobbisi və “Beşinci kolon”la birlikdə sinxron fəaliyyət göstərərək,

Azərbaycan dövləti və iqtidarının əleyhinə bu yazını dərc etdirib. Yazının indiki zamana təsadüf etməsi də əslində heç bir halda təsadüf deyil. Məsələ ondadır ki, iyulun 12-16-da Ermənistanın hərbi təxribatı nəticəsində regionda vəziyyət xeyli pisləşdi. Azərbaycan ordusu öz gücünü göstərdi. Erməni ordusu yerində oturduldu. Aprel döyüşlərində olduğu kimi ordumuz növbəti qələbəsini qazandı. Ermənistan tərəfi bir santimetr belə irəli gedə bilmədi. Bütün dünya bunu gördü. Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da dəstək ala bilmədi. Faktiki olaraq, Ermənistan rəhbərliyi məğlub durumdadır. Bu hər kəsə bəlli bir həqiqətdir. Bu reallıq fonunda Azərbaycana qarşı növbəti iftira, yalan kampaniyasına start verilib”.

Deputat onu da qeyd etdi ki, həmin məqalədə təsvir edilən məsələlər tamamilə daban-dabana ziddiyyət təşkil edir: “Azərbaycanda söz, mətbuat, sərbəst toplaşmaq azadlığı var. Bu bəlli həqiqətdir. Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Bu istiqamətdə ardıcıl addımlar atırıq. Eyni zamanda, Amerikada bu məqaləni çap etdirən müəllif fərqinə varsın ki, yaşadığı ölkənin özündə irqçilik XXI əsrdə də davam etməkdədir. Birləşmiş Ştatlarda baş vermiş son hadisələrə münasibətdə azad sözün boğulmasına və polislərin vətəndaşlarla zorakı davranışına, onlara təzyiq və şiddət göstərməsinə dünya şahidlik etdi. Belə olan vəziyyətdə “Vaşinqton Post” qəzetində Azərbaycanı diktaturada, söz və mətbuat azadlığının pozulmasında ittiham etmək ən azı mənəvi haqqın olmalıdır. Hesab edirəm ki, amerikalı jurnalist bu məqaləni çap edərkən siyasi sifariş alıb, haqqı ödənilib. Bunun əsasında Azərbaycanı hədəf seçib. Jurnalist o məqalədə xüsusi bir əziyyət də çəkməyib. Çünki qeyri-obyektiv, qərəzli, yalan dolu bu materialları “Beçinci kolon”dan alıb. Bir daha qeyd edirəm ki, Sevinc Osmanqızının çıxışlarına, eyni zamanda, həmin məqalədə əks olunan “faktlara” baxın. Bunlar tamamilə üst-üstə düşür.
İstənilən halda bunların heç birinə əsas olmayacaq. Çünki Azərbaycan dövləti, dövlətin rəhbərliyi, cənab İlham Əliyev demokratik inkişaf yolunu seçib. Bu yolla inkişaf edirik. Bizim öz yolumuz var. Bu müstəqillik, milli maraqlara söykənən bir yoldur. Heç kim bizimlə diktə dili ilə danışa bilməz. Biz qarışıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinə sadiqik. Amerikanı Azərbaycan özünə strateji tərəfdaş seçib. “Beşinci kolon” nümayəndələrinin sifarişi əsasında belə bir məqalənin çıxması hesab edirəm ki, Birləşmiş Ştatların rəsmi mövqeyi deyil. Bu, “sapı özümüzdən olan baltalar”ın satqın davranışları nəticəsində peyda olmuş cızma-qaradır. Bu məqalənin Azərbaycandakı proseslərə heç bir təsir gücü yoxdur”.

Həmçinin oxuyun

“Diplomatik nümayəndəliklərimizin işi təhlil olunur” – NAZİR

“Cənab Prezidentin tapşırığına uyğun olaraq, Xarici İşlər Nazirliyinin (XİN) həm aparatının, eyni zamanda xarici ölkələrdə …