Ana səhifə / Siyasət / Bu səlahiyyət Təhsil Nazirliyindən alındı

Bu səlahiyyət Təhsil Nazirliyindən alındı

2015-2016-cı tədris ilindən etibarən ali təhsil müəssisələri əcnəbi vətəndaşın dil və ixtisas biliklərini yoxlamaqla, müəyyən etdikləri tələblərə cavab verən abituriyentlərin qəbulunu müstəqil surətdə apara biləcəklər.

Bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildiriblər ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nı təsdiq edib.

Yeni qaydalarda bəzi məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, əvvəllər əcnəbi tələbələrin qəbulu ilə bağlı Təhsil Nazirliyinin razılığı tələb olunurdu. Bu isə beynəlxalq təcrübəyə uyğun olmamaqla, bir sıra çətinliklər törədirdi.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın