Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / “Bu, riskli addımdır” – Sülhəddin Əkbər

“Bu, riskli addımdır” – Sülhəddin Əkbər

Donald Trampla bağlı ilk dəfə demokratlar impiçment prosedurunu “Rusiya işi” ilə bağlı başlatmaq istəyirdilər. Ancaq son anda bundan vaz keçdilər. Buna səbəb demokratların bu addımının Prezident Trampın xeyrinə işləyə bilməsi təhlükəsi idi.

Bu fikirləri Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbər ABŞ-da Demokrat Partiyasının Prezident Donald Trampa qarşı başlatdığı impiçment prosesdurunun nəticələrini şərh edərkən deyib.
Sülhəddin Əkbər əlavə edib ki, hazırda demokratların qiymətləndirməsinə görə, vəziyyət elədir ki, impiçment prosedurunu başlatmasalar, bu, demokratların ziyanına işləyə bilər: “Mənim fikrimcə, bu, yanlış və riskli situasiyadır. Gələn ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək. Odur ki, seçicilərin buna necə reaksiya verəcəyi çox önəmlidir. Mənə elə gəlir ki, demokratlar maksimum bu məsələyə həssas və diqqətlə yanaşmalıdırlar. Əllərində kifayət qədər dəlil və sübut yoxdursa, impiçment prosedurunu başlatmamalıdırlar. Amma prosedur başlanıb. Bunun bir nəticəsi olmayacaqsa, deməli, seçki prosesinə təsirsiz ötüşməyəcək”.
Trampa qarşı demokratların impincment prosedurunu daha çox seçki prosesi ilə bağlayan Sülhəddin Əkbərə görə, ABŞ-da prezidentin vəzifədən kənarlaşdırılması mexanizmi həddən artıq çətindir: “Xüsusuilə, nəzərə alsaq ki, impiçment Nümayəndələr Palatasından keçsə də, Senatdan keçməsi çətin olacaq. Əvvəla, Senatda Respublikaçılar üstünlüyünü qoruyub saxlayıb. Bu mənada demokratlar riskli addım atıblar. Şəxsən mənim fikrimcə, demokratlar Trampa qarşı “Rusiya işi” əsasında impiçment prosedurunu başlatsaydılar, bu, onların maraqlarına daha uyğun olardı”.

Həmçinin oxuyun

“Xəyallarımız, hədəflərimiz puç oldu” – Paşinyanın qızı

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı …