Şənbə , Avqust 13 2022
Ana səhifə / Siyasət / “Bu, pul silməkdən başqa heç nəyə xidmət etmir…”

“Bu, pul silməkdən başqa heç nəyə xidmət etmir…”

“Guya bunlar ancaq xiyar-çörək yeyib də. Orda bişən qazan-qazan özbək aşı, qutab, kətə, dolma, kababa heç kəs yaxın durmayıb da. İndi təbiət hadisəsi olub, çətinlik yaşanıb, bunu bildik. İcra başçısı da gecəyarı gəlib əlindən gələni edib. Daha buna görə o boyda tədbirin üstündən xətt çəkməyin də. O festivalda neçə ölkənin nümayəndələri də iştirak etdi. Heç birindən bir narazılıq eşitmədik…”

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.

“Bir şey də mənə çatmır ki, nədən Gəncədə televiziyaların və tanınmış saytların müxbir bürosu olduğu halda, ölkədaxili hansısa tədbirə Bakıdan da əksəriyyəti kabab iyinə gedənlərdən ibarət bir dəstə də aparılsın? Aydındır ki, bu, pul silməkdən başqa heç nəyə xidmət etmir…” – E.Hüseynov qeyd edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”

“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların …