Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Bu prosesin qarşısını ala biləcək heç bir möcüzə baş verə bilməz – Bədbin proqnoz

Bu prosesin qarşısını ala biləcək heç bir möcüzə baş verə bilməz – Bədbin proqnoz

Manatın məzənnəsinin dollar və avroya nisbətən 50 faizə qədər ucuzlaşması ölkə gündəminin əsas müzakirə mövzusudur. Azərbaycan parlamentinin sabiq spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev manatın kəskin ucuzlaşmasının iqtisadiyyata təsirindən danışıb.
Rəsul Quliyev bildirib ki, Azərbaycanın iqtisadiyyatı və təbii maliyyəsi ancaq bir faktorun üzərində qurulub. Onun sözlərinə görə bu, neft ixracından daxil olan dollarların hesabına dövlət büdcəsini formalaşdırmaq, ölkənin daxilində çatışmayan malları xaricdən idxal etmək üçün manatı dollara dəyişməkdən ibarətdir.
“Azərbaycan son beş ildə orta hesabla ildə 35 milyard dollara yaxın mal ixrac edib. Bu malın bir adı var – o da neftdir. Yəni ixrac üçün başqa mal yoxdur. 2014-cü ildə bu rəqəm 30 milyard dollar səviyyəsində olub. Bu vəsaitin təqribən 20-22 milyardının sahibi Azərbaycan hökumətidir. Azərbaycan hökuməti bu pulların 10 -12 milyard dollarını büdcədə toplayıb oradan maaşlar verir, inşaata sərf edir, hərbi texnika, silah-sursat alır. 10 milyardını da banklara verir və o banklar həmin vəsaiti kredit şəklində paylayır”.
Eks-spiker neftin bir barelinin 40 dollardan aşağı düşməsinin perspektivini də şərh edib:
“Neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməsi nə deməkdir? Azərbaycan hökumətinə neftin ixracından maksimum 8-10 milyard dollar pul gələcək, yəni hökumət büdcədə artıq nəzərdə tutduğu 20-22 milyard dolları ən azı iki dəfə azaltmalıdır. Bu işi görmək isə mümkün deyil.
Belə bir addım atılsa, ölkə daxilində qiymətlər bəzi mallar üçün 10 dəfə, ərzaq malları üçün azı 3 dəfə artmalıdır. Büdcədən nəzərdə tutulmuş 6 milyard manatlıq (keçən il üçün 6 milyard dollarlıq) maaşı kəsə bilməz. Heç olmazsa çatışmayan ərzaq mallarının ölkəyə gətirilməsi üçün valyuta xərcləməlidir.
Ona görə də hökumət valyuta rezervlərindən ildə 10 milyard dollara qədər götürməyə məcburdur. Ancaq bu dollarların çox tez qurtarmaq və ölkənin bütövlüklə bankrot olmaq təhlükəsi var. Ona görə də hökumət valyutadan istifadəni maksimum azaltmaq istəyir.
Manatın ucuzlaşması sözsüz davam edəcək. Onun ardınca satılan malların qiyməti əvvəl 30 faiz qalxacaq və dayanmadan bu artım davam edəcək. Bu prosesin qarşısını ala biləcək heç bir möcüzə baş verə bilməz”.(modern.az)

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın