Çərşənbə , May 25 2022
Ana səhifə / Siyasət / “Bu məsələdə ermənilərə kömək etməliyik” – Deputat

“Bu məsələdə ermənilərə kömək etməliyik” – Deputat

Ermənistanın “Hraparak” qəzeti maraqlı iddia ilə çıxış edib. Qəzetin yazdığına görə, Paşinyan hökuməti xalqı sülh prosesinə hazırlayır. Hətta güc strukturlarını da bu prsoesə cəlb olunduğu bildirilir. 

Bəs Azərbaycan cəmiyyəti necə, sülhə hazırdırmı?

Ermənistanla sülh müqaviləsi imzalanacağı təqdirdə cəmiyyətin reaksiyası necə olacaq? Cəmiyyəti buna hazırlamağa ehtiyac varmı?

Milli Məclisin deputatı Razi Nurullayev Yenisabah.az-a açıqlamasında deyib ki, Azərbaycan cəmiyyətinin bu barışa hazırlanmasına ehtiyac yoxdur:

“Azərbaycan cəmiyyəti bu gün daha müdrik davrana bilir. Artıq ermənilərə diktə edən tərəfik. Onlar bizdən asılı vəziyyətə düşüblər. Azərbaycanın irəli sürdüyü 5 şərtdən ən vaciblərindən biri ərazi bütövlüyümüzün tanınmasıdır. Azərbaycan cəmiyyətinin bu barışa hazırlanmasına ehtiyac yoxdur. Çünki bütün dünyaya, insanlara mesaj vermişik ki, biz müharibə istəmirdik. Biz təcavüzə məruz qalan tərəfidik. Və bunun günahkarı da Ermənistandır”.

Deputatın sözlərinə görə, biz Ermənistan cəmiyyətinə sülhə hazırlaşa bilmələri üçün kömək etməliyik:

“Hüquqi müstəvidə onları daima narahat edəcəyik. Kompensasiya almağa çalışacağıq. Törətdikləri cinayətə görə cəza çəkmələrinə nail olacağıq. Bu iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına maneçilik törətmir. Əgər Ermənistan ərazi bütövlüyümüzü tanıyarsa, qondarma rejim rədd olub gedərsə, orada yaşayan ermənilər Azərbaycanın yurisdiksiyasını qəbul edirlərsə, o zaman bizim xalqımız üçün problem yoxdur.

Ermənistan belə məsələlərdə daha hazırlıqlı olmalıdır. Biz Ermənistan cəmiyyətinə kömək etməliyik ki, onlar sülhə hazırlaşa bilsinlər. Sülh təkliflərini qəbul etsinlər, Paşinyana problem yaratmasınlar”.

R.Nurullayev qeyd edib ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlanmasa, Ermənistanın gələcəyinin olmayacağını yaxşı bilir:

“Münaqişənin qalacağı təqdirdə sərmayələr də qoyulmayacaq. Ermənistan yenə də kommunikasiya xətlərindən kənarda qalacaq. Onlar bunu başa düşür. Və erməniləri hazırlaşmağa çağırırlar. Biz onlara kömək edə bilərik. Çünki bu bizə problem yaratmır. Ermənistanla öz şərtlərimiz daxilində sülh müqaviləsi bağlamağa hazırıq”.

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …