Cümə , Avqust 12 2022
Ana səhifə / Siyasət / “Bu məsələdə çoxları icra başçısı Taleh Qaraşovu qınayır” – DEPUTAT

“Bu məsələdə çoxları icra başçısı Taleh Qaraşovu qınayır” – DEPUTAT

Lənkəranın icra başçısı Taleh Qaraşovun müavini Rəsilə Arif qızının şagirdi döyməsi ilə bağlı ittihamlar sosial şəbəkələrdə gündəmə çevrildi.

Mövzuya biganə qalmayan Milli Məclisin deputatı, keçmiş icra başçısı Elman Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, bu cür həssas məsələlərdə vəzifə sahibi olmaq və ya sıravi vətəndaş olmaq heç bir əhəmiyyət kəsb etmir:

“Kiməsə qarşı təhqir, təhdid, zorakılıq, söyüş və döymək tətbiq olunursa, kimliyindən asılı olmayaraq həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Əsas olaraq bilmək lazımdır ki, vəzifəli şəxsin vətəndaşa qarşı belə hərəkət törətməsi istər insani, istərsə də hüquqi cəhətdən xoşagələn hal deyil. Dövlət xidmətində vəzifə tutan hər bir şəxs vətəndaşın qayğısında qalmalı, onlara dəstək olmalıdır.

Medianı izlədikdə bu xəbəri görüb təəssüf hissi keçirdim. Hadisəni törədən şəxsin xanım olmasını bildikdə isə daha çox təəssüfləndim. Həmin şəxs artıq vəzifəsindən azad olunub.

Ona qarşı hansı tədbirlərin görüləcəyi isə artıq hüquq-mühafizə orqanlarının işidir. Bu məsələdə çoxları icra başçısı Taleh Qaraşovu qınayır. Lakin bilmək lazımdır ki, hadisə icra hakimiyyəti binasında olmayıb.

Bu səbəbdən də icra başçısının mövzu ilə heç bir əlaqəsi yoxdur. İcra başçısı artıq həmin xanımla bağlı tədbir görüb və onu vəzifəsindən azad edib”.

Həmçinin oxuyun

Şuşada Türkiyə konsulluğunun açılması təklif edildi

“Qafanda konsulluq açırlar (İranı nəzərdə tutur-red), xeyirli olsun! Bəlkə darıxmasınlar deyə biz də təcili Şuşada …