Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Bu il 4 Perinatal Mərkəzin direktoru işdən çıxarılıb – Ana ölümləri ilə bağlı

Bu il 4 Perinatal Mərkəzin direktoru işdən çıxarılıb – Ana ölümləri ilə bağlı

“Hər il ana ölümünə görə həkimlər, baş həkimlər, bəzi müəssisələrin direktorları cəzalandırılır. Bu ilin 9 ayında Azərbaycanda qeydə alınan ana ölümü ilə bağlı 4 Perinatal mərkəzin direktoru və 10-a yaxın həkim işdən çıxarılıb”.
Mia.az xəbər verir ki, bunu apa-ya Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, ana ölümləri səbəbindən Quba, Gəncə, Şəki və Sabirabad Perinatal mərkəzlərinin direktorları işdən çıxarılıb və müəssisənin rəhbərliyi tamamilə dəyişilib. Komissiya sədri qeyd edib ki, işdən çıxarılanlar arasında rəhbər işçilərlə yanaşı, cərrahiyyə və doğuş şöbəsinin müdirləri, cərrah, ginekoloq, anestezioloq, hətta kənddə antonental qulluğu yararsız yerinə yetirən tibb bacısı-“mamaça” da var.
S.Məmmədova vurğulayıb ki, ölkədə ana ölümlərinin azalması istiqamətində işlər görülür. 1993-cü ildə ana ölümü hər 100 min diridoğulmaya 60, 1994-cü ildə 70, 1996-cı ildə isə 57 olmuşdusa, son illər bu rəqəmlər stabil olaraq, 25-26-dan yuxarı qalxmır: “Bu da Səhiyyə Nazirliyi və dövlətin bu problemə olan diqqətin nəticəsidir. Respublikada baş verən ana ölümləri dərhal təhlil olunur, tibbi məhkəmə ekspertizadan keçdikdən sonra səbəblər Doğuşayardım Komissiyasında araşdırılır, rəy verilir, müvafiq dinləmələrdən sonra komissiyanın qərarı açıqlanır. Tibbi yardımın təşkili şöbəsi bu qərardan asılı olaraq cəza tədbirləri görür. Son illər ana ölümünün strukturu da dəyişilib. İndiyə kimi ekstrogenetal xəstəliklər, hamiləliklə əlaqəli olmayan xəstəliklər, qanaxmalardan baş verirdisə, son illər eksrogenetal xəstəliklərin, eklampsiya, preeklampsiya müalicəsinə yanaşmaların dəyişilməsi, müasir texnologiyaların istifadəsi, vaxtında diaqnoz qoyulması nəticəsində ana ölümündə rəqəmlərin azalmasına nail olunub”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın