Ana səhifə / Siyasət / “Bu halda Paşinyan Azərbaycana gələ biləcək” – Elmar Məmmədyarov

“Bu halda Paşinyan Azərbaycana gələ biləcək” – Elmar Məmmədyarov

“Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə Komissiyanın ilk görüşünün önəmi sərhəddə keçirilməsidir. Növbəti görüş Moskva, sonradan Brüsseldə keçiriləcək. Sülh prosesi istiqamətində mühüm addımlar atılır. Danışıqlar gedir, bu, gec-tez həm delimitasiya və demarkasiya, həm də sülh sazişi üçün müsbət nəticəsini verəcəyinə dair inam yaradır. Ermənistan tərəfindən atəşkəsin pozulması yenə olacaq. Yenə razılıq əldə ediləcək… Bu səbəbdən delimitasiya və demarkasiya məsələsi həllini tapmalıdır. O zaman sərhədi daha çox nəzarət altına almaq mümkün olacaq. Sülh sazişi Azərbaycanla Ermənistan arasında legitimlik yaradacaq”.

Bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, sülh sazişi ilə iki ölkə arasında diplomatik əlaqələr qurulmalıdır: “Ermənistanla Azərbaycan arasında siyasətdən başqa, diplomatik əlaqələr də olmalıdır. Düzdür, çətin məsələdir. Həm Ermənistan, həm Azərbaycan ictimaiyyətində suallar çox, inam azdır. Lakin başqa yolumuz yoxdur. O ki qaldı ermənilərin status tələbinə… Məsələn, Quba, Lənkəran və s. rayonlar necədirsə, Qarabağ da o cür olacaq, qurtardı getdi”.

E.Məmmədyarov “TEXNOFEST” festivalının keçirilməsinə görə Ermənistanın narahatlığının artmasına belə münasibət bildirib: “Rəsmi İrəvan Türkiyə-Azərbaycan birliyini bir daha dünyaya nümayiş etdirən “TEXNOFEST” festivalının keçirilməsindən narahat oldusa, gəlsin otursun, ciddi danışıqlar aparsın. Həm sülh sazişi, həm delimitasiya və demarkasiya məsələsini razılaşdıraq, tezliklə bu məsələni bitirək…”

O həmçinin qeyd edib ki, sülh müqaviləsi imzalanarsa, münasibətlər normallaşarsa, Paşinyan, yəqin ki, Azərbaycana gələ biləcək: “Gəlmək istəyirsə, gəlsin. Məgər biz belə şeylərdən qorxuruq? Ermənilərdən qorxuruq ki, onları Azərbaycana buraxmayaq? O vaxtkı rəhbərləri deyirdi ki, inamım yoxdur, gedəcəklər Azərbaycana, danışıqlar aparıb məni də yaddan çıxaracaqlar”.Pravda.az

Həmçinin oxuyun

Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli iclas keçirəcək

İyunun 27-də Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Türkiyə …