Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Bu həmin Cahangir Məmmədlidi ki, bizdən kabinetə yeni qapı qoydurmaq üçün “qapı pulu” yığırdı…”

“Bu həmin Cahangir Məmmədlidi ki, bizdən kabinetə yeni qapı qoydurmaq üçün “qapı pulu” yığırdı…”

Azinforum.azın məlumatına görə, tanınmış jurnalist Aytən Məmmədova yazdığı feysbuk statusynda ötən gün BDU-da baş verən biabırçılığa münasibət bildirib. O jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli barəsində bir sıra tənqidi fikirlər səsləndirib: “BDU-nun jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli müavini Aytəkin Zeynalovanın sosial şəbəkələrdə tənqid yazan tələbələri hədələməsinə belə münasibət bildirib: “Aytəkin Zeynalova tələbələri sadəcə, daxili nizam-intizam qaydalarına əməl eləməyə çağırıb”.
Bu cavabdan təəccüblənmədim, çünki Aytəkin kimi, Cahangir Məmmədlini də tanıyıram, mənə dərs deyib.
Bu həmin Cahangir Məmmədlidi ki, jurnalistika fakültəsində oxuyanda bizdən kabinetə yeni qapı qoydurmaq üçün “qapı pulu” yığırdı…
Həmin Cahangir Məmmədlidi ki, öz kitabını (adı yadımdan çıxıb, yaşıl kitab idi) bizə zorla 3 “şirvana” satırdı. Aldım, amma oxumadım. Çünki “525-ci qəzet”i bizə “müstəqil qəzet” nümunəsi kimi sırımağa çalışan adamın jurnalistika haqda yazdıqlarını oxumağı vaxt itkisi sayıram.
Cahangir Məmmədli diplom işində elmi rəhbərim idi. Mövzu da “Mətbuat Şurası” idi. O vaxt Mətbuat Şurası cəmi iki il idi ki, yaranmışdı. Tələbə vaxtından işləyirdim deyə, bu mövzuda material tapmaq, diplom işi yazmaq çətin olmadı. Amma mövzu yeni idi, Cahangir Məmmədli də “Azadlıq” qəzetində işlədiyimi bilmirdi, ona görə düşündü ki, yəqin kiməsə yazdırmışam. Yazdırmışamsa, niyə ona yox, başqasına? O vaxt diplom işini 200-250 dollara yazırdılar. Cahangir Məmmədli həm də Mətbuat Şurasının üzvü idi.
Diplom işini görən kimi dedi ki, “yox, mən bunu müdafiəyə buraxa bilmərəm”. Sonra nə fikirləşdisə, bir neçə sual verdi, başqasına yazdırmadığıma əmin olandan sonra razılıq verdi.
Cahangir “müəllim”lə bağlı xatirələrdən çox yazmaq olar. Düşünürəm ki, bunlar bəsdi…”.

VİDADİ

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın