Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Bu gündən parlament seçkilərində sənədlərin təqdim edilməsinə başlanılır

Bu gündən parlament seçkilərində sənədlərin təqdim edilməsinə başlanılır

Bu gündən etibarən növbədənkənar parlament seçkilərində nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçki sənədlərini namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək təqdim edə bilər.

Seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək. Azvision.az

Həmçinin oxuyun

“Rus xalqı üçün çıxış yolu görmürəm” – Zərdüşt Əlizadə

“Rus xalqının, sadə əhalinin ayağa qalxmasının heç bir əhəmiyyəti yoxdur”. Bu sözləri Rusiyadakı etiraz aksiyaları …