Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Bu gün Zakir Qaralov yenidən Baş prokuror təyin ediləcək

Bu gün Zakir Qaralov yenidən Baş prokuror təyin ediləcək

Aprelin 27-də Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti başa çatıb. Bir neçə gün əvvəl, bəzi media vasitələrində Zakir Qaralovun yerinə başqa bir şəxsin təyin ediləcəyi xəbəri yayılsa da, Strateq.az-a daxil olan məlumata görə, bu gün Zakir Qaralov daha 5 il müddətinə yenidən öz postuna təyinat alacaq. Artıq bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyevin təqdimatının Milli Məclisə daxil olduğu bildirilir.

Xatırladaq ki, Zakir Qaralov 1956-cı ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 1979-cu ildə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Səbail rayon prokurorunun köməkçisi, Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində çalışıb.

O, 2000, 2005 və 2010-cu  illərdə Baş prokuror vəzifəsinə təyin olunub.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın