Ana səhifə / Siyasət / Bu gün qayda pozan sürücüyə dünən protokol yazdılar – FOTO

Bu gün qayda pozan sürücüyə dünən protokol yazdılar – FOTO

Sürücü Rzayev Elbrus Aqət oğlu «Bizim Yol»a bildirib ki, bu gün Bakının 3-cü mikrorayon dairəsində yol polisi tərəfindən saxlanılıb və ona etmədiyi qayda pozuntusuna görə cərimə yazılıb. Qayda pozuntusu bu gün olsa da, protokolda bunun 17.12.2015-ci il tarixdə baş verdiyi göstərilib. «Bakı şəhər DYPİ yol patrul xidməti inspektoru, polis kiçik serjantı Murad Qafarov bu gün məni saxlayaraq, mənim “Yol hərəkəti haqında” qanunun 75-ci (yol ayrıcımı keçmə) maddəsinin tələbini pozduğumu iddia etdi. Mən bu iddianı qəbul etmədim. O da öz dediyini sübut edə bilmədi. Buna baxmayaraq məni İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə təqsirli bilərək 60 manat cərimə elədi”, – deyə E.Rzayev bildirib.
O, yol polisinin qərarı ilə razı olmadığını, ona görə də protokola imza atmadığını və qərardan şikayət edəcəyini vurğuladı.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın