Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Bu gün Milli Məclisin iclası olacaq

Bu gün Milli Məclisin iclası olacaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasın əvvəlində “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” dinləniləcək.

İclasda, həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna, “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məsəlləsinə, Miqrasiya Məcəlləsinə və digər qanunlara dəyişikliklər müzakirə ediləcək.

Ümumilkdə iclasın gündəliyinə 24 məsələ daxildir. / Trend

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …