Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Bu gün maaşlar 3-40 fazi qaldırılsa da, vəziyyətdən çıxmaq olmayacaq”- Fazil Mustafa

“Bu gün maaşlar 3-40 fazi qaldırılsa da, vəziyyətdən çıxmaq olmayacaq”- Fazil Mustafa

Bu gün hökumət nümayəndələri millət vəkillərinin qarşısına çıxıb hesabat verməkdənsə, xalqın qarşısına çıxıb hesabat versə daha yaxşı olardı.
Moderator.az xəbər verir ki, millət vəkili Fazil Mustafa büdcənin dürüstləşməsinin müzakirəsi zamanı deyib.
“Mən hesab edirdim ki, Nazirlər Kabinetinin üzvləri, nazirlər devalvasiyadan sonra televeziyaya çıxıb gündəlik vəziyyətdən çıxış yolları barədə məlumat verəcəklər. Hansı işləri görüblər, nə qədər iş yerləri açılıb. Amma hökumət bunu etmir.
Prezident hökuməti yığdı. O zaman yığılırlar. Onlar özləri yığışıb hər hansı problemi müzakirə etmir”, – millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, nazirlər burada iştirak etsə də, onsuzda biz istədiyimiz suala cavab ala bilməyəcəyik.
Millət bildirdi ki, devalvasiya sübut etdi ki, bu gün Azərbaycan iqtisadiyyatı çox primitiv əsaslar üzərində qurulub: “Azərbaycan iqtisadiyyat çoxşaxəli iqtisadi sistem düzgün qurula bilmədiyindən iqtisadi böhran və devalvasiya zamanı hansısa iqtisadi sektoru bu böhrana tab gətirə bilmədi və nəticədə bütün sahələr büdrədi. Yəni neftdən başqa elə bir sahə yoxdur ki, ölkə iqtisadiyyatını bu gün ayağa qaldırsın.”
Millət vəkili əlavə etdi ki, kənd təsərrüfatı sahəsi, turizm sektoru bərbad vəziyyətdədi. “Turizm sahəsinin inkişafından danışırıq, amma ölkədə o qədər mənasız və bahalı otellər tikilib ki, indi onların 95 faizi boşdur. Hətta hotel sahibləri işçilərinin pulunu verməyə imkanı yoxdur. İki mərtəbəsinin işığı yandırılır. Digər mərtəbədə işıq yoxdur. Bu reallıqdır. Heç kim gəlmir.”
Millət vəkili ölkədəki digər problem kimi ölkədə “kölgə iqtisadiyyatı”nı görür. O deyib ki, bu gün   həmən iri holdinqlər vergidən yayınır və nəticədə hər şey sadə xalqdan və vətəndaşın cibindən çıxacaq. “Ona görə də bu sahələrdə təcili tədbirlər görülməlidir. Bu gün maaşlar 3-40 fazi qaldırılsa da, vəziyyətdən çıxmaq olmayacaq. Çünki ölkədəki istehlak səbəti reallığa uyğun deyil”.
Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov isə Fazil Mustafanın fikirləri ilə razəılamşayaraq bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatı primitiv formada deyil, sanballı əsasları avr. “Əgər belə olmasaydı 2008-ci ildə böhrana tab gətirə bilməzdi. Bu gün ölkədə iqtisadi böhran yox, müəyyən çətinkliklər var. Hökumətin yaranmış bu vəziyyətdən çıxış yolu üçün proqramı var və yaxın zamanda bu vəziyyətdən çıxacağıq. Ona görə də bu deyilən fikirlərlə razı deyiləm.”

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın