Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Siyasət / Bu gün Hacıbala Abutalıbovun yerinə təyinat ola bilər – sabiq nazirlərdən biri də bu posta iddialı kimi çıxış edib

Bu gün Hacıbala Abutalıbovun yerinə təyinat ola bilər – sabiq nazirlərdən biri də bu posta iddialı kimi çıxış edib

DİA.AZ: – Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat ola bilər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, Abutalıbovun yerinə heç də proqnoz edildiyi və son dövrlərin siyasətinə şevrildiyi kimi gənc kadr gətirilməyəcək.

Mənbənin dia.az-a söylədikləri: “Bir neçə fiqurun təhlili gedir. Hətta maraqlıdır ki, sabiq nazirlərdən biri də bu posta iddialı kimi çıxış edib. Onun adı açıqlanmır. Lakin qərar bu gün və yaxud da 1-2 günə veriləcək”.

Xatırladaq ki, bu vaxta qədər bir neçə rayonun rəhbərinin BŞİH-ə şef gətiriləcəyi haqda müxtəlif iddialar səsləndirlib. Amma təbii ki, yekun qərar cənab prezidentindir.

Bizi izləyin…

Həmçinin oxuyun

Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir…

Təqaüd yaşına çatmış məmurların istefaya göndərilməsi gündəmin əsas mövuzu olaraq qalır. Bu məsələ Baş nazirin …