Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Bu gün AŞPA-nın yay sessiyası başlayır

Bu gün AŞPA-nın yay sessiyası başlayır

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda yay sessiyası öz işinə başlayır. Yay sessiyanın ilk plenar iclasında bu məsələlər müzakirə olunacaq: – Yunanıstanın qaçqınlarla bağlı hesabatı – Risk vəziyyətində olan qaçqınlar – Türkiyədə demokratik institutların fəaliyyəti ilə bağlı hesabat – İnzibati saxlanma yerləri ilə bağı hesabat – Mədəniyyət və demokratiya mövzusunda hesabat – Xaricdə yaşayan icmaların təhsil və mədəni şəbəkələri, mədəni əlaqələri haqqında hesabat – Avropa institutlarında şəffaflıq hesabatı – Avropa parlamenti üzvlərinin immuniteti ilə bağlı hesabatı – Miqrantlara qarşı zorakılıq haqqında hesabat İlkin gündəliyə əsasən, hazırkı sessiyanın proqramına Azərbaycanla bağlı məsələlər daxil edilməyib. Sessiyada Yunanıstanın baş naziri Aleksis Sipras və Estoniyanın baş naziri Taavi Rıyvasın çıxışı gözlənilir. Bu məsələlər yalnız AŞPA PA-nın yay sessiyasının ilk plenar iclasının gündəliyidir. AŞPA-nın qaydalarına əsasən ilk gündəlik ssesiyanın birinci günü üçün qəbul edilir. Amma sonrakı plenar iclaslar üçün gündəliyə başqa məsələ və hesabatlar da salına bilər. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ilki yay sessiyası bu gün, 20 iyunda başlayıb və 24 iyunda bitəcək.

 

Həmçinin oxuyun

“Prezidentin “F-16″-larla bağlı dedikləri Rusiya və İrana mesaj idi” – Ekspert

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16″-sı nə gəzir sizdə? …

Bir cavab yazın