Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün AŞPA-nın qış sessiyası başlayır

Deputatlarımız sessiyada son dəfə çıxış edəcək Ermənistan prezidentinə hansı sualları verəcək? Politoloq: “Sərkisyana suallarım bu olardı ki…”

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək. Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sərkisyan məruzə edəcək. Yanvarın 26-da Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı müzakirə olunacaq.

Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitizmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var. Azərbaycanla bağlı sessiyada hər hansı bir məsələnin müzakirəsi gözlənilmir.

Ermənistan prezidenti AŞ PA-da prezident qismində son çıxışını edəcək. Əli Xocalı faciəsində günahsız insanların qanına batan və bunu özü də etiraf edən Sərkisyana çətin anlar yaşatmaq, həqiqətləri sessiya iştirakçılarının diqqətinə çatdırmaq üçün Azərbaycan tərəfinin kifayət qədər imkanları var və bundan nümayəndə heyətimizin yararlanacağı gözlənilir.

Deputatlarımızın hansı sualları ona verəcəkləri ilə bağlı mövqelərini almaq istəsək də, mümkün olmadı. Politoloq Nəzakət Məmmədova isə qaniçən erməni rəhbərə verilməli olan vacib sualları sadaladı: “Sərkisyana sualım bu olardı ki, tarix, dünya sivilizasiyası qarşısında ölkəsini hərbə, xalqını səfalətə sürükləməyi səbəbindən bir gün baş verəcək İlahi ədalət məhkəməsindən, lap elə Haaqa Tribunalı qarşısında durmaqdan qorxmurmu? Özünü bunlardan necə sığortalaya bilib? Deputatlarımız yəqin ki, özləri ona müvafiq suallarla müraciət edəcəklər. Amma düşmən ölkə prezidentinə əlbəttə ki, onun həm Qarabağda vuruşmuş və müharibə qanunlarını pozmuş keçmiş hərbçi, həm danışıqlarda qeyri-konstruktiv mövqe tutan siyasətçi kimi əməllərini ifşaedici suallar verilməsi məqsədəuyğundur. Şübhəsiz ki, Qarabağ münaqişəsi və Ermənistan işğalı, Ermənistanın bir dövlət kimi işğalçılıq siyasəti ucbatından mühüm layihələrdən təcrid olunması, regional sabitliyə təhlükə olması kimi suallar verilməsi məqsədəuyğun olardı. Məsələn, sual oluna bilər ki, Ermənistan həm Rusiya, həm Avropa Birliyi ilə müvafiq müttəfiqlik və tərəfdaşlıq sazişləri imzalayıb, amma bunlar formal xarakter daşıyır, ölkə siyasi, hərbi, iqtisadi cəhətdən tamamilə asılı vəziyyətdədir. Bunun məsuliyyətinin altından necə çıxmağı düşünür? Rusiya, Avropa Birliyi qarşısında üzərinə ikiqat öhdəliklər üzərinə götürən ölkə niyə adi prinsipə – Azərbaycanın suverenliyinə hörmət etmir?! Ermənistanda konstitusiyanın qeyri-demokratik yolla dəyişdirilməsi, siyasi sistemdə edilən dəyişikliklər vasitəsilə yenidən başqa postda da olsa faktiki ölkənin başına keçməsi Avropa dəyərlərinə və demokratiyaya, hakimiyyətin bölünməsinin prinsiplərinə nə dərəcədə uyğundur?! Hərbi-siyasi avtoritarizm rejimi Ermənistanı bir dövlət kimi sivil dünyadan, demokratik dəyərlərdən getdikcə uzaqlaşdırır. O, bunun fərqindədirmi?! Türkiyə ilə protokolları ratifikasiya etməyən, Azərbaycan ərazisini işğal altında saxlayan ölkə iqtisadi və siyasi cəhətdən başqalarından asılı olduğu halda Avropa demokratik ailəsinə üzvlüyə nə haqla iddia edə bilər?! Öz müqəddəratını təyinetmə adı altında ikinci erməni dövləti yaratmaq iddiasını hərbi təcavüz vasitəsilə həyata keçirməkdənsə, Ermənistan prezidenti ölkəsini demokratik, iqtisadi cəhətdən inkişaf etmiş cəzbedici ölkəyə çevirməklə Qarabağdakı erməni əhalinin ora köçməsini daha məqsədəuyğun hesab etmirmi?! Ermənistan vətəndaşı olan əsgərlərin başqa bir suveren dövlətin ərazisində nə işi var, bu hansı qanunla tənzimlənir, zorla Qarabağa, başqasının torpağına vuruşmağa göndərilərək orada həlak olan hərbçilərin ailələrinə, əsgər analarına Ermənistan hökuməti vəziyyəti necə izah edir?!”

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Xanım politoloq Sərkisyanın çıxışında nələrə toxuna biləcəyini də qeyd etdi: “Sərkisyan çox böyük ehtimalla ilk növbədə ölkəsinin guya demokratiyaya, Avropa dəyərlərinə sadiq olmasını, bu ilin noyabr ayında Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalamasını xüsusi vurğulayacaqdır. Qarabağ məsələsində xalqların öz müqəddəratını təyinetmə prinsipini uğrunda guya mübarizə aparan Qarabağ ermənilərinə dəstək verməsini qeyd edərək, Ermənistanın guya xristianlığı dünyada ilk dəfə dövlət dini kimi qəbul etməsi yalanını vurğulaya bilər. Əvvəlki çıxışlarında olduğu kimi, Qarabağın Avropa ailəsinin üzvü olduğunu vurğulayaraq, məsələnin Azərbaycanın yurisdiksiyasından çıxararaq guya demokratiyaya, insan haqları, dözümlülük prinsipi əsasında həll olunmasının vacibliyini diqqətə çatdıra bilər. Türkiyə ilə protokolların ratifikasiya olunmamasını guya Türkiyənin Qarabağa dair əlavə şərtlər irəli sürmüşdü səbəbindən olması iddiasi ilə məsuliyyəti Türkiyənin üzərinə atması gözlənilir. Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən guya blokada saxlanılması, uydurma ”soyqırımı”nın tanınması zərurəti, Minsk Qrupu çərçivəsindəki danışıqlarda guya ölkəsinin konstruktiv mövqe tutması, Azərbaycanda isə əvvəlki çıxışlarında olduğu kimi guya ermənifobiyanın, rasizmin olması barədə əsassız iddialar səsləndirə bilər. Martda keçiriləcək seçkilərdə guya demokratiyaya, insan hüquqları, qanunun aliliyi kimi universal dəyərlərə sadiq qalacaqları, seçkilərin demokratik qaydalara uyğun keçiriləcəyi vədi verəcəyi gözlənilir. Mümkündür ki, diasporunun dəstəyini qazanmaq üçün Suriya münaqişəsi və burada guya əzabkeş ermənilərin yaşadıqları çətinliklər məsələsinə də toxunsun. Bakı-Qars kimi Avrasiyanın birləşdirən nəhəng beynəlxalq layihələrdə iştirak etmək istədiklərini, amma Azərbaycan və Türkiyə tərəfindən təcrid olunduqlarını vurğulaması gözlənilə bilər. Ölkəsinin guya Avropa Birliyi ilə saziş imzalamaqla körpü rolu oynaması iddiasının da səsləndirilməsi mümkündür. Avropa Şurasının Ermənistana dair monitorinqinin nəticələrinə görə, 2005-ci illə müqayisədə 2017-ci ildə ölkədə məhkumların sayı 48 faiz artıb. Məhkumların gündəlik saxlanılması şəraiti və xərclər isə tələb olunan standartlardan xeyli aşağıdır. Bu, Ermənistanda insan hüquqlarını pozulması anlamına gəlmir ki? Belə olan şəraitdə hansı insan hüquqlarından danışmaq olar? Eyni zamanda cinayətkarlığın artmasına səbəblərindən biri də sosial durumun ağır olması, işsizlik və s. səbəblərdir. Ermənistan hökuməti daxildə sosial vəziyyəti yüksəltməkdənsə, hərbi xərcləri artıraraq qonşu ölkə ilə müharibə vəziyyəti davam etdirərək öz əhalisinin də hüquqlarını pozmuş olur. Belə halda hansı sabitlikdən, insan hüquqlarından danışmaq olar?!”

Həmçinin oxuyun

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir – ŞƏRH

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. XİN …