Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Siyasət / “Bu bir həqiqətdir, özümüzü eşşək yerinə qoymalıyıq…” – Erməni politoloq

“Bu bir həqiqətdir, özümüzü eşşək yerinə qoymalıyıq…” – Erməni politoloq

“Biz çox ləyaqətli” cəmiyyətik․․․ müxtəlif elitanın üzvlərinin bu və ya digər şəkildə getdiyi və Paşinyanla razılaşmağa çalışdığı cəmiyyət․․․”

Bu sözləri öz politoloq Alen Gevondyan öz Facebook səhifəsində yazıb. O, fikirlərinə belə davam edib:

“Ermənistanın tarixində belə papaqsızların nə vaxtsa olub-olmadığını söyləməkdə çətinlik çəkirəm․․․

Bilin və buna alışın ki, bizim hər gün qurbanlarımız olacaq, əslində bu bizim üçün bir normal haldır və onsuz da gündəlik həyatımızı yaşamağa davam edəcəyik. Bundan başqa bir neçə ah və qorxu, tənqidlər, şərhlər, 100-200 layk və növbəti qurbana qədər hər şey “OKEY” – ta növbəti qurbanlarımızın olmasına qədər…

Biz 5000-dən çox qurbanı olan bir millətik və faktiki olaraq öz uşaqlarının taleyinə tüpürmüş bir xalq․․․ Bu bir həqiqətdir, utancdan başımızı gizlətməməliyik, özümüzü eşşək yerinə qoymalıyıq və birdəfənlik siyasətə qarışmırıq, deməliyik․․․ üstəlik, gəlin əsirlərdən danışmayaq deyək․․․ axı niyə? Bəyəm onlar bizim deyil, başqasıdırlar?․․ Əsirlərin valideynləri Yeni il gecəsi hökumət qarşısında piket keçirirdilər, valideynlərdən bəziləri isə artıq oğullarını görmədən dünyasını dəyişiblər․․․ axı sən necə belə ola bilərsən, ay xalqım?..”. /Qaynarinfo.az

Həmçinin oxuyun

David Babayan Azərbaycana təşəkkür etdi

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təşəkkür edib. Bu barədə o, “Facebook” …