Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / Bu azərbaycanlılar Rusiyaya gedə bilməyəcəklər

Bu azərbaycanlılar Rusiyaya gedə bilməyəcəklər

Rusiyanın Samara vilayətindən azərbaycanlı miqrantlar deportasiya olunub.

Citytraffic.ru-nun xəbərinə görə, bir həftə ərzində ərazidən çıxarılanlar arasında azərbaycanlılarla yanaşı, Özbəkistan, Qırğızıstan və Moldova vətəndaşları da olub.

Məlumata görə, cari il ərzində bölgədə qanunsuz yaşayan 708 əcnəbinin 338 nəfəri öz hesabına ölkələrinə qayıdıblar.

Miqrant qanunvericiliyini pozan bu şəxslər beş ildən tez Rusiyaya qayıda bilməzlər.

Həmçinin oxuyun

“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir…”

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının …