Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / BTRİB-ə yeni rəis təyinatı oldu

BTRİB-ə yeni rəis təyinatı oldu

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) texniki direktor təyin olunub.

Musavat.com-a daxil olan məlumata görə, bu şəxs rabitə sahəsində uzun müddətdir çalışan Razi Tağıyevdir. Razi Tağıyev daha öncə “AZ-Evrotel” MMC-nin internet şöbəsinin rəisi və “Aztelekom” İstehsalat Birliyinin baş direktor müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, “MTN işi” çərçivəsində aparılan əməliyyatlar zamanı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub. Onun vəzifələrini müvəqqəti texniki direktor Rəsul Qurbanov icra edirdi. Rəsul Qurbanovu isə Yasamal Rayon Telefon Qovuşağına baş mühəndis təyin ediblər.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın